Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 09:26

Z.Tağıyevlə bağlı müsabiqə yekunlaşır.


Zeynalabdin Tağıyev

Zeynalabdin Tağıyevə abidə qoymaqla bağlı keçirilən müsabiqə yekunlaşmaq üzrədir. Bu barədə açıq heykəltəraşlıq müsabiqəsinin münsiflər heyətinin üzvü, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə açıqlama verib. Həmin açıqlamanı E.Qasımzadənin ofisindən yayıblar.

Ofisdən verilən məlumata görə, E.Qasımzadə bildirib ki, Z.Tağıyevin heykəlininmetronun "İçərişəhər" stansiyasının qarşısında qoyulması təklif olunur.“Müsabiqə iyunun 30-da başa çatacaq və sonra münsiflər heyəti ən layiqli layihəni seçəcək”, E.Qasımzadə bildirib.

Z.Tağıyevə abidə qoyulması 2019-cu il martın 1-də incəsənət xadimlərinin dövlət başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşündəqaldırılıb. Təkliflə Bəhram Bağırzadə çıxış edib. Bundan sonra, bu məsələ ilə bağlı komissiya yaradılıb, müsabiqə elan edilib.

Xatırlatma

Z.Tağıyev uzun (1823-1924) ömür sürüb. Fəhləlikdən milyonçuluğa qədər yüksəlib. Bu şəxsin Azərbaycanda təhsilə, mədəniyyətə və sosial problemlərin həllinə böyük pullar xərclədiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG