Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Zeynalabdin Tağıyevə qoyulacaq heykəlin yeri seçilib


Hacı Zeynalabdin Tağıyev
Hacı Zeynalabdin Tağıyev

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin qoyulacağı yer müəyyən edilib. Bunu Heydər Əliyev Fondundan bildiriblər.

Fonddan verilən məlumata görə, heykəlin metronun “İçərişəhər” stansiyasının çıxışında (girişlə, üzbəüz dayandıqda stansiyasının sağ tərəfi) qoyulması nəzərdə tutulur.

Bildirildiyinə görə, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu heykəlin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan edib.

Ərizə və eskizlər iyunun 30-dək təqdim edilməlidir. Mədəniyyət Nazirliyi, Rəssamalar İtiifaqı, Memarlar İttifaqı, Heydər Əliyev Fondunun əməkdşalarından ibarət 9 nəfərlik münsiflər heyətinin müəyyən edildiyi bildirilir.

Xatırlatma

2019-cu il martın 1-də prezident İlham Əliyev bir qrup mədəniyyət və incəsənət işçisini qəbul etmişdi. Orada Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin qoyulması təklfi olunmuşdu.

Tağiyev XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycanda xeyriyyəçilərindən biri olub.

O, neft maqnatı sayılırdı. Bakıya Şollar su kəmərinin çəkilməsində, 100-lərlə gəncin xaricdə təhsil almasında, ilk Qızlar Məktəbinin açılmasında xidmətləri olub.

Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə doğulub, 1924-cü ildə vəfat edib.

XS
SM
MD
LG