Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:04

Zəvvar sayı azala, qiymətlər arta bilər


Həcc
Həcc

-

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndə heyəti Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanı Krallığında olub. Nümayəndə heyəti 2016-ci ilin Həcc ziyarəti ilə bağlı məsələləri müzakirə edib. Bunu AzadlıqRadiosuna QMİ- dən bildiriblər.

Səudiyyə Krallığının Həcc nazirliyi ziyarətlə bağlı yeni şərtləri açıqlayıb.

Bura əsasən qiymətlər, təhlükəsizlik sistemi və zəvvarlara xidmət məsələləri aiddir. Şərtlərə əsasən, QMİ Həcc ziyarətinin yeni qiymətləri üzərində dəqiqləşdirmələr aparır və bunun ayın sonuna kimi açıqlanacağı gözlənilir. Bu il də ziyarət ödənişlərinin ABŞ dolları ilə hesablanacağı və əvvəlki il ilə müqayisədə qiymətdə artım gözlənilir. Amma QMİ-dən bildiriblər ki, qiymət artımı çox cüzi ola bilər, kəskin artımdan söhbət getmir.

Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500-2000 nəfər arasında müəyyənləşir.

2015-ci il Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq və 4-nəfərlik otaqlarda yerləşmək 5750 dollara başa gəlirdi. Nisbətən ucuz şəraitli, 6-nəfərlik otaqlı hotellərdə qalmaq isə 4700 dollar idi. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə vəfat edib. Elə orada da dəfn olunub.

Azərbaycanda 2000-ci illərin əvvəllərinə kimi Həcc ziyarətinə turist şirkətləri də qoşulur, öz xidmətlərini təklif edirdilər. 2000-ci illərin ortalarından isə Səudiyyə Ərəbistanı Krallığı Azərbaycanda Həcc missiyasının rəhbəri kimi QMİ-ni tanıyır. QMİ-dan kənar heç bir qurum Həcc ziyarətinə insanları apara bilmir.

XS
SM
MD
LG