Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 14:18

Zərrab ABŞ-da keçirilən məhkəmədə müttəhim olmaya bilər


Reza Zərrab
Reza Zərrab

Reuters agentliyinin verdiyi xəbərə görə İran azərbaycanlısı olan qızıl taciri Reza Zərrab ABŞ-ın İrana qarşı sanksiyalarını pozması ittihamı ilə bu həftə keçiriləcək məhkəmə dinləməsində olmayacaq.

Xəbər verilir ki, 34 yaşlı Zərrab iki aylıq istintaqın ardınca məhkəmədə görünmür və Türkiyənin baş naziri belə bir nəticəyə gəlib ki, iranlı tacir ABŞ hakimiyyət orqanları ilə sövdələşməyə daxil olub.

Zərrab və Türkiyənin keçmiş iqtisadiyyat naziri, habelə Türkiyənin dövlət Halkbankının üç icraçı direktoru da daxili daha 8 nəfərə qarşı 2010-2015-ci illərdə İran hökuməti və İran şirkətlərinin ABŞ sanksiyalarından yan keçə bilməsi üçün yüz milyonlarla dollarlıq tranşlarda iştiraka görə ittiham irəli sürülüb.

Prokurorlar bildirirlər ki, müttəhimlər İrana və İran vahidlərinə qızıl və valyutanın köçürülməsində və bəzən bu tranşların guya əmtəə alışi kimi formallaşdırılmasında iştirak ediblər.

Hələlik ABŞ hakimiyyət orqanları yalnız Zərrabı və Haklbankın icraçı direktorlarından biri olanMehmet Hakan Atillanı həbs ediblər.

Erdoğan və keçmiş iqtisadiyyat naziri Zafer Çağlayan 2013-cü ildə
Erdoğan və keçmiş iqtisadiyyat naziri Zafer Çağlayan 2013-cü ildə

ABŞ Manhattan sahə hakimi Richard Berman noyabrın 27-də andlılara bildirib ki, 47 yaşlı cənab Atilla bu məhkəmədə mühakimə edilən yeganə şəxs olacaq.

Məhkəmə dinləmələrinə andlıların heyəti tam formalaşandan sonra başlanacaq və proses təxminən 3-4 həftə çəkəcək.

Zərrabın vəkili Benjamin Brafman onun müştərsinin niyə məhkəmədə olmadığına dair suallara cavab verməyib.

Bu məsələ Türkiyədə çox həssaslıqla qəbul edilir, çünki prokurorlar Türkiyənin keçmiş iqtisadiyyat naziri Zafer Çağlayanın bu işdə iştirak etdiyini bildirirlər. Çağlayan ittihamları rədd edir.

Türkiyə prezidenti Recep Tayyip Erdoğanın hökuməti bildirir ki, bu iş siyasi motivlərlə qondarılıb. Eyni zamanda bu məsələ NATO-nun iki üvü – Türkiyə və ABŞ arasındakı münasibətləri gərginləşdirib. Proseslə əlaqədar investorların Türkiyəyə marağı soyuyub və nəticədə milli valyuta lirənin məzənnəsi rekord səviyyəyə enib.

Prokurorlar dörd həftə bundan əvvəl hazırladıqları sənəddə bildirirdilər ki, Zərrab onlara iddia edilən İran sxemi ilə əlaqədar birbaşa Erdoğanla danışdığını deyib.

ABŞ-ın NBC telekanalının saytındakı məqalədə deyilir ki, Zərrab bu məhkəmə işi üzrə şahidlərin siyahısına daxil edilib.

XS
SM
MD
LG