Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 08:47

Zərqava məktəbliləri yenə kənd klubuna getdilər


Qubanın Zərqava kəndinin məktəbi

«Uşaqlarımız builki təhsil mövsümünə də kənd klubunda başladılar. Rayon rəhbərliyi söz vermişdi ki, kənd məktəbinə gedəcəklər. Getmişik, indi də deyirlər, «10 gün gözləyin, təmir yekunlaşacaq». Ancaq bunu hər il eşidirik deyə, adamların çoxunda inam qalmayıb».

Bunu AzadlıqRadiosuna Qubanın Zərqava kəndində yaşayan Lütfiyyə Əmirova deyir.

«LEYSAN BAŞLASA, İŞLƏR YARIMÇIQ QALACAQ»

Bu il sentyabrın 12-də kənd sakinləri AzadlıqRadiosuna üçüncü ildir ki, təmirinə başlanmış kənd məktəbinin yeni təhsil mövsümünə hazır olmayacağından narahatlıqlarını bildirmişdilər. Rayonun rəsmi qurumları isə yeni dərs ilinin ilk günü kənd şagirdlərinin təmirdən çıxmış məktəbə gedəcəklərini deyirdilər. Lakin kənd sakinləri bildirirlər ki, məktəb hələ də istifadəyə hazır deyil və şagirdlər hazırda dərslərini kənddəki qəzalı klubda keçirlər.

***Buna da bax-Zərqavalılardan məktəb tələbi

Sakinlərin sözlərinə görə, hazırda məktəbdə təmir işləri həqiqətən də sürətləndirilib. Ancaq iki il əvvəl Nazirlər Kabineti Zərqava kənd məktəbinin bərpasına 500 min manat vəsait ayırmasına baxmayaraq, təmir işlərinə bir neçə müəllimdən də maddi vəsait tələb olunub:

«Binanın içərisinin divarları, pəncərələri hazırdır, ancaq döşəməsi və tavanı qalıb. Quba kəndlərində leysan mövsümüdür, leysan başlasa, bu işlər yenə də yarımçıq qalacaq. Bu işləri biz yayın ortasında məktəbin qarşısına toplaşıb etiraz edəndə görmək lazım idi, məktəb açılanda yox... Yenə də ümidimizi üzmürük».

«BİR NEÇƏ GÜNƏ AVADANLIQLAR DAŞINACAQ»

Hazırda məktəblilərin sığındıqları kənd klubunun binası da qəzalıdır. Sakinlərin deməsinə görə, bina hər an uça bilər. Kənd məktəbindəki təmir yekunlaşmasa, şagirdlər bu qışı da soyuq, şəraitsiz klub binasında oturmalı olacaqlar.

***Buna da bax-Ata 3 üşağını məktəbə göndərə bilmədi...

Quba Rayon Təhsil Şöbəsindən «Qaynar xətt»ə bildirilib ki, Zərqava məktəbinin bərpasına Nazirlər Kabinetinin xəttilə vəsait ayrılıb və məktəbin təmir-bərpası işləri sürətləndirilib. Şöbədən məktəbin daxili təmirinin müəllimlərə tapşırılması ilə bağlı deyilənlər təkzib olunub:

«Bir neçə günə avadanlıqlar məktəb binasına daşınacaq, şagirdlər yenə məktəb binasında dərslərinə davam edəcəklər».

Bu il iyulun 13-də kənd sakinləri təmir-bərpası yarımçıq qalmış məktəbin qarşısında toplaşaraq etirazlarını bildiriblər. Rayon rəsmiləri əraziyə gələrək sakinlərə məktəb binasının bu il sentyabrın 15-də tam təmirli şəkildə istifadəyə veriləcəyini vəd etmişdi.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG