Keçid linkləri

2024, 17 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:24

Zəngilanın işğalından 24 il keçir


Zəngilan işğaldan 10 il sonra, 18avq2013
Zəngilan işğaldan 10 il sonra, 18avq2013

Zəngilan rayonun işğalından 24 il ötür. Ermənistan silahlı qüvvələri rayonu 1993-cü il oktyabrın 29-da işğal edib.

İşğal zamanı rayonun mülki əhalisi Araz çayından keçib İran ərazisinə sığınmaqla kütləvi qırğınlardan qurtula bilib.

Buna da bax:​ 29 oktyabr Zəngilanın işğalı günüdür

Rayonun müdafiəsi zamanı 188 nəfərin öldüyü, 44 nəfərin itkin düşdüyü bildirilir.

Zəngilan rayonu 1930-cu ildə yaradılıb. O, cənubdan və şərqdən İranla, qərbdən isə Ermənistanla həmsərhəddir. 707 kvadrat kilometr ərazisi olan rayonun işğala qədər əhalisi 35 min nəfərə yaxın olub.

Zəngilan rayonu, 10 il işğaldan sonra. 13avq2017
Zəngilan rayonu, 10 il işğaldan sonra. 13avq2017

Zəngilan rayonu işğal edilən zaman Azərbaycanda mürəkkəb ictimai-siyasi proseslərin cərəyan etdiyi bildirilir. Həmin işğallardan təqribən 5 ay əvvəl polkovnik Sürət Hüseynovun rəhbərliyi altında bir hərbi hissə hakimiyyət orqanlarına qarşı çıxmışdı. Əbülfəz Elçibəy hakimiyyəti devrilmiş, onun özü də Bakını tərk etmişdi.

Buna da bax:​ Qardaşım Elçibəy haqqında xatirələrim [kitabı oxu]

Əvəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev əvvəlcə Azərbaycan Milli Məclisinin sədri, daha sonra isə prezident seçilmişdi. Polkovnik Sürət Hüseynov isə Heydər Əliyevin təqdimatı ilə baş nazir postuna gətirilmişdi.

Buna da bax:​ Araz sahilindən Qarabağa tərəf baxarkən [fotolar]

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, onun ətrafında 7 rayon (onlardan biri də Zəngilan rayonudur) və bəzi əlavə kəndlər işğal edilib.

Ermənilər Zəngilana köçürülür
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00
Direct-ə keçid

XS
SM
MD
LG