Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 18:34

Prezident Administrasiyası qarşısında zəncirli aksiya


Kəfən geyinib Milli Məclisin qarşısında aksiya keçirənlər, 2016

Administrasiyada narazıları qəbul edən olmadı

Yanvarın 6-sı Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərən Bakı və Bakı ətrafı kəndlərdən olan bir qrup narazı vətəndaşı qəbul edən olmayıb.

Bu haqda aksiya iştirakçılarından Ülviyyə Abutalova bilgi verib. O, aksiya iştirakçıları ilə birgə jurnalistlərin də binadan yola salındığını deyib.

Ü.Abutalovanın deməsinə görə, onları bir neçə saat administrasiya binasında gözlədiblər.

“Əvvəlcə, bizi rəsmilərin qəbul edəcəyini dedilər. Ancaq sonra bildirdilər ki, siz, zəncirvari aksiya keçirirsiniz, başqa vaxt qəbul ediləcəksiniz”, o, bildirib.

Narazı vətəndaşları yanvarın 9-na qəbula yazıblar. Onları kimin qəbul edəcəyi bilinmir.

Narazılardan Sevda Süleymanova isə, artıq aksiyalardan, rəsmilərin onların problemlərinə biganə qalmalarından bezdiklərini bildirib.

***

Yanvarın 6-sı Bakı və Bakı ətrafı kənlərdən olan bir qrup narazı vətəndaş Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə cəhd göstəriblər. Onların toplaşmasına imkan verilməyib.

Bu haqda aksiya iştirakçılarından, hazırda Prezident Administrasiyasının binasında saxlanıldıqlarını deyən Sevda Süleynmanova məlumat verib.

3 jurnalistin də saxlandığı bildirilir

Onun deməsinə görə, nəzarətçilər özlərini zəncirləmiş narazıların hamısını administrasiya binasına aparıblar. Aksiyanı işıqlandırmaqdan ötrü əraziyə gələn jurnalistlərin də saxlandığı bildirilir.

Buna da bax: 'Kəfənlilər' Türkiyə və Gürcüstanda da aksiyalarını davam etdirirlər

Narazı vətəndaşlara deyiblər ki, onları hansısa rəsmi şəxs qəbul edəcək.

Aksiyaya cəhd edənlər Ülviyyə Abutalıbov, Elmidar İsmayılov, Lətifə Zeynəddinova, Mahir Cəbiyev, Sevda Süleymanova və digərləri olublar. Onların şikayəti müxtəlifdir. Kimisi həyat yoldaşının qanunsuz həbsindən, kimisi dədə-baba mülkünün əllərindən alınmasından, kimisi ləğv edilən Milli Təhlükəsizlik Nazirliyindən (MTN), kimisi də icra hakimiyyətindən şikayət edir.

Şikayətlər...

Onlardan Lətifə Zeynəddinova deyib ki, 2 ildən artıqdır ki, 13 yaşlı qızını əlindən alıblar. Qızını zirzəmilərdə saxlayıb,əxlaqsız hərəkətlər ediblər.

“İndi də övladımı sığınacağa vermək istəyirlər”, deyən L.Zeynəddinova Abşeron Rayon Polis İdarəsindən şikayətçidir.

Başqa bir şikayətçi E.İsmayılov isə deyir ki, keçmiş MTN-in xüsusi təyinatlıları 2 il əvvəl onu atası ilə birgə döyüblər. Hüquqlarının müdafiəsindən ötrü mübarizəyə başladıqlarında onların özlərinə cinayət işi açılıb.

Sevda Süleymanova isə ərinin həbsindən şikayətçidir.

Xatırlatma

Həmin şəxslər bundan əvvəl də ayrı-ayrı vaxtlarda kəfən geyinərək Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin,Nazirlər Kabinetinin, Ədliyyə Nazirliyinin və başqa dövlət qurumlarının qarşısında toplaşaraq aksiya keçirməyə cəhdlər göstəriblər.

Buna da bax: Baş Prokurorluq kəfən geyinənlərə cavab verdi

Bundan əvvəl Baş Prokurorluq həmin şikayətçilərə ümumilikdə cavab vermişdi.

Məsələn cavabda qeyd edilirdi ki, şikayətçilərdən Sevda Süleymanova əri Qüvvətəli Süleymanovun əsassız olaraq məhkəmə məsuliyyətinə verilməsindən narazılıq edib. Halbuki, araşdırma, hələ də, davam edir.

Digər şikayətlərlə də bağlı araşdırmaların aparıldığı bildirilirdi.

Yanvarın 6-sı keçirilən aksiyada saxlananlarla bağlı deyilənlərə isə Prezident Administrasiyasının mühafizə xidmətindən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG