Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:14

Çexiya prezidenti Rusiya casuslarının siyahısını tələb edir


Miloş Zeman (solda) və Vladimir Putin(Arxiv fotosu)
Miloş Zeman (solda) və Vladimir Putin(Arxiv fotosu)

Bəzi xəbərlərə görə Çexiya prezidenti Miloş Zeman hazırda Çex Respublikasının ərazisindəki Rusiya casuslarının siyahısını tələb edib.

AzadlıqRadiosu yazır ki, təhlükəsizlik ekspertləri belə bir hərəkətin Çexiya əks-kəşfiyyat orqanlarının məxfi mənbələrini təhlükə altında qoya biləcəyini deyiblər.

Çexiyanın CRo ictimai telekanalı noyabrın 30-da xəbər verib ki, Zeman belə bir tələblə Çexiya Təhlükəsizlik Kəşfiyyatı Xidmətinin (BIS) direktoru Mixal Kudelkaya müraciət edib.

Telekanal xəbər verir ki, Zeman habelə BIS-dən Rusiya kəşfiyyatının Çexiyada apardığı bütün məlum əməliyyatları barədə məlumatı istəyib.

Tez-tez rusiyayönlü bəyanatlar verən və Moskvaya yaxşı münasibətilə tanınan Zeman bu xəbərlər barədə heç bir şərh verməyib.

Zeman əvvəllər Çexiya kəşfiyyatını səriştəsizlikdə ittiham edib.

Belə bir məlumat prezidentə niyə lazımdır?

Noyabrın 30-da Çexiya parlamentinin hər iki palatasının millət vəkilləri bu məsələni müzakirəyə çıxaracaqlarını bildiriblər.

Senatın Təhlükəsizlik Kimitəsinin sədri Pavel Fişer deyib ki, Zemanın bu tələbi dövlətin təhlükəsizliyinə hədə yarada bilər:

“Parlament bu məsələ barəsində öz mövqeyini bildirməlidir. Biz bu məsələni Senatın Təhlükəsizlik Komitəsində dərhal müzakirə edəcəyik”.

Çexiyanın keçmiş daxili işlər naziri Frantişek Buhlan noyabrın 30-da bildirib ki, Zemanın bu tələbi “çox sayda insanların həyatını və davam edən əməliyyatları təhlükəyə ata bilər”.

Buhlan bildirib ki, belə bir informasiyanın Çexiya prezidentinə verilməsinə heç bir ehtiyac görmür.

BIS son illərdə Rusiya casuslarının Çex Respublikasında apardığı çoxsaylı casus əməliyyatları barədə məlumatlar verib.

Xidmət bildirib ki, bu əməliyyatlar ilk növbədə Avropa İttifaqı və NATO üzvü olan ölkələri hədəfləyir.

Buna baxmayaraq BIS Rusiyanın casusluq əməliyyatları barədə çox az hallarda konkret məlumat açıqlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG