Çexiya prezidenti Milos Zeman II Dünya Müharibəsində qələbənin Moskvada keçiriləcək 75 illiyi bayramında iştirak üçün aldığı dəvətdən imtina etmək məsələsini götür-qoy edir.
Zeman Rusiya Xarici İşlər Nazirliyinin 21 avqustun Çexiya tarixində mühüm gün olmasına münasibətindən məyus olub.
Məhz 21 avqust 1968-ci ildə sovet qoşunları Varşava Müqaviləsi üzrə müttəfiqləri ilə birlikdə Çexoslovakiyaya müdaxilə edib.
Zeman Çexiya mediasına müsahibəsində deyib:
"Mən bu yaxınlarda prezident Putindən Moskvaya, İkinci Dünya Müharibəsində qələbənin 75 illiyi mərasiminə dəvət almışam. Amma indi düşünürəm: ora getməyə, ümumiyyətlə dəyərmi? Ya da ora gedib, tarixin bu səhifəsini birdəfəlik çevirməyi təklif edə bilərəm”.
Zeman avqustun 21-ni sovet qoşunlarının Çexiyaya müdaxiləsinin qurbanlarının anım günü kimi təsbit edən qanun layihəsini dekabrın ortalarında imzalayıb.
Rusiya Xarici İşlər Nazirliyi qanunun qəbul edilməsini “böyük məyusluq” adlandırıb.