Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:10

Putinsevər prezidentə lüt etiraz [Video]


Prezidentə lüt etiraz - Çexiyada
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Prezidentə lüt etiraz - Çexiyada

Çexiya prezidenti Milos Zeman seçki məntəqəsində bir qadın fəalın qalmaqallı etiraz aksiyası ilə üzləşməli olub.

Yanvarın 12-də seçki məntəqəsinə gələn prezidentin qarşını kəsən qadın onu dəfələrlə “Putinin qancığı” adlandırıb.

Çexiya paytaxtı Praqadakı seçki məntəqəsində Zemanın cangüdənləri cəld bir şəkildə qadının qollarından yapışaraq prezidentdən uzaqlaşdırıblar.

Adətən qurşaqdan yuxarı çılpaq etiraz edən Femen beynəlxalq feminist qrupu özünün internet saytında etiraz edən qadının əslən ukraynalı Angelina Diaş olduğunu yazıb.

Zeman tez bir zamanda məntəqədən çıxarılıb və bir qədər sonra səs vermək üçün içəri gətirilib.

Zeman indiyədək özünün antimühacir baxışlarına, müsəlmanlara qarşı qərəzli mövqeyinə və Avropada bir çoxlarının Moskvanın Qərb seçkilərinə müdaxiləsindən narahat olduğu bir vaxtda Rusiya prezidenti Vladimir Putinlə mehriban münasibətlərinə görə ziddiyyətlərə səbəb olub.

Zeman bir vaxtlar 2015-ci il miqrant böhranını Avropanın “mütəşəkkil işğalı” adlandırıb və müsəlmanların inteqrasiyasının mümkün olmadığını söyləyib.

Bu prezident seçkisində Zeman-ın 8 rəqibi var və onlardan ən ciddisinin kimya professoru, iki dəfə Çexiya Elmlər Akademiyasının prezidenti olmuş Jiri Drahos-un olduğu bildirilir.

Başqa namizədlərin arasında bəstəkar Michal Horacek, keçmiş ifrat sağçı baş nazir Mirek Topolanek vəÇexiya avtomobil şirkəti Skoda Auto-nun keçmiş başçısı Vratislav Kulhanek də var.

Seçki ərəfəsində Zeman başqa bir telekanaldakı tok-şouda iştirakını əsas gətirərək, namizədlərin yekun televiziya debatına qatılmayıb.

Çexiyada 8, 4 milyon nəfərin səsvermə hüququ var. Seçki məntəqələri yanvarın 13-də bağlanacaq və ilkin nəticələr eyni gündə məlum olacaq.

Əgər birinci turda heç bir namizəd mütləq çoxluq qazana bilməsə, ən yaxşı göstəriciləri olan iki namizəd yanvarın 26-27-də keçiriləcək ikinci turda yarışacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG