Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Kreml Çexiya prezidentinin sözlərindən ‘bərk yapışır’


Milos Zeman
Milos Zeman

Çexiya hökuməti mayın 4-də prezident Milos Zemanın televiziya müsahibəsində söz açdığı kimyəvi maddənin Noviçok olmadığını bəyan edib.

Kreml Çexiya prezidenti Milos Zemanın onun ölkəsində də Noviçok kimi tanınan zəhərli kimyəvi maddənin kiçik həcmdə istehsal olunduğu barədə bəyanatını alqışlayıb.

Britaniya Moskvanı keçmiş Rusiya casusu Sergey Skripalı və onun qızını məhz bu maddə ilə zəhərləməkdə ittiham edir.

Rusiyanın bu ittihama cavablarından biri də bu idi ki, Noviçok ABŞ-da, Çexiyada və ya başqa ölkələrdə də istehsal oluna bilərdi. Beləliklə, Çexiyanın rusiyayönlü prezidenti Moskvanın iddiasını təsdiqləmiş olub.

Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov mayın 4-də bildirib ki, “Zemanın bəyanatı Britaniyanın ortaya qoyduğu mövqeyin nə dərəcədə əsassız olduğunun parlaq nümunəsidir”.

Özünün rusiyayönlü baxışları ilə tanınan Zeman mayın 3-də verdiyi müsahibədə demişdi ki, Noviçokla eyni tipli olan maddə ötən il onun ölkəsində də sınaqdan keçirilib. Çexiya hökuməti və kəşfiyyatı Zemanın bu şərhinə hələki reaksiya verməyib.

Zeman Praqadakı Barrandov telekanalına demişdi: "Biz Noviçoku əhəmiyyətsiz miqdarda istehsal edib saxlamışıq. Biz bunun harda və nə vaxt baş verdiyini bilirik. Gəlin riyakar olmayaq. Biz bu barədə yalan danışmamalıyıq. Ötən ilin noyabrında A320 maddəsi Müdafiə Nazirliyinin Brnodakı tədqiqat institutunda sınaqdan keçirilib. Miqdar əhəmiyyətsiz idi. Sınaqdan sonra bu maddə məhv edilib”.

Bundan əvvəl Çexiyanın baş nazir əvəzi Andrej Babis belə mülahizələri yüngülcə təkzib etmişdi.

Peskov deyib ki, Zemanın bəyanatı “Skripallar barədə qalmaqalın necə bir məsuliyyətsiz və təxribat xarakterli olduğunu bir daha nümayiş etdirib”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG