Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:59

Zəlzələdən evləri ziyan görənlərə sığorta veriləcək


Prezident İlham Əliyev Şamaxı rayonunda zəlzələdən ziyan çəkənlərə baş çəkib
Prezident İlham Əliyev Şamaxı rayonunda zəlzələdən ziyan çəkənlərə baş çəkib

Fevralın 5-də Azərbaycanda baş verən zəlzələdə evləri ziyan görən ailələrə yaxın günlərdə sığorta ödənişlərinin verilməsinə başlanmalıdır. Bunu “AzSığorta” açıq səhmdar cəmiyyətindən (ASC) bildiriblər.

Şirkətdən vurğulayıblar ki, hazırda quruma 70-ə yaxın müraciət edilib.

Şikətdən onu da bildirblər ki, müraciətləri operativ cavablandırmaqdan ötrü qərargah yaradılıb, hazırda dəyən ziyanın məbləği müəyyən edilir. Gələn həftədən isə sığorta ödənişlərinin verilməsinə başlanmalıdır.

“AzSığorta” ASC-dən onu da deyiblər ki, hər sığorta halı üzrə minimum ödəniş 1-1,5 min manat, maksimum məbləğ 30 min manat təşkil edəcək.

Xatırlatma

Fevralın 5-də gecə saatlarında Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri İsmayıllı rayonu olub. Zəlzələ ətraf yerlərdə 5.3 bal gücündə hiss edilib. Şamaxı, Ağsu və İsmayıllı rayonlarında onlarla evin, tiklinin xəsarət gördüyü bildirilir.

Prezident İlham Əliyev fevralın 6-da təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, zəlzələlə nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial, infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasından ötrü Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

XS
SM
MD
LG