Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:14

Jurnalistlər prezident olmaq istəyən aktyorun ‘Rusiya biznesindən’ yazdılar


Aktyor Volodymyr Zelenskyy
Aktyor Volodymyr Zelenskyy

Təhqiqat jurnalistləri Ukrayna prezidentliyinə namizəd olmaq istədiyini bildirmiş populyar komediya aktyorunun Rusiyadakı bir neçə əyələncə biznesi ilə əlaqəsi olduğunu yazıblar. Aktyor hazırda Rusiyada hər hansı biznes marağına malik olmadığını bildirib.

AzadlıqRadiosu Ukrayna xidməti ilə Ukraynanın UA:Perşiy telekanalının birgə “Sxemı” (Sxemlər) layihəsinin jurnalistləri bildiriblər ki, onlar Rusiyadakı üç kino və televiziya istehsalı şirkətinin- Vaisberg Pictures, Platinumfilms və Green Films şirkətlərinin aktyor Volodymyr Zelenskyy ilə əlaqəsini aşkar ediblər. Bu üç şirkət 2014-cü illə 2017-ci il arasında ümumilikdə 13 milyon dollar gəlir əldə edib.

Üç şirkətin üçü də Kiprdə qeydiyyatdan keçmiş Green Family LTD şirkəti tərəfindən yaradılıb. Green Family LTDhəm də Quarter 95 firmasının həmtəsisçilərindən biridir. Zelenskyy Quarter 95 şirkətinin sahibi olduğunu etiraf edib.

Ötən ay Zelenskyy Ukrayna mediasına demişdi ki, Rusiyada olan bütün bizneslərini 2014-cü ildə, Rusiya Krımı ilhaq etdikdən və Ukraynanın şərqində separatçı münaqişəni qızışdırdıqdan dərhal sonra bağlayıb.

Dekabrın 25-də verdiyi müsahibədə Zelenskyy bunu da deyib ki, onun Rusiyada son kino çəkilişi 2012-ci ildə, Rusiya telekanallarında son dəfə görünməsi isə 2014-cü ildə olub.

Zelenskyy yanvarın 18-də Facebook səhifəsinə yerləşdirdiyi videoda deyir ki, “Sxemı” jurnalistlərinin bütün suallarına cavab verməyə hazırdır, halbuki o, bundan əvvəl jurnalistlərlə danışmaqdan imtina etmişdi.

Bu videoda Zelenskyy deyir ki, nə o, nə də onun şirkəti “Rusiyanın Ukraynaya etdiklərindən sonra” Rusiyadakı hər hansı layihələrdə iştirak etməyib:

“Onlar Rusiyada hətta mənə cinayət işi açıblar, çünki mən Q95 şirkətim vasitəsilə ordumuza maliyyə dəstəyi verirəm. Bizim 21 xarici ölkə ilə, Müstəqil Dövlətlər Birliyinin bütün üzv ölkələri ilə ticarətimiz var. Biz intellektual hüquqlarımızı satırıq. Bizim bunlardan aldığımız qonorarlar müxtəlif Qərb ölkələrinə gedir və oradan Ukraynaya qayıdır”.

“Sxemı” layihəsinə göndərdiyi ayrıca məktubda Quarter 95 şirkəti bildirir ki, o hazırda Rusiya Federasiyasının ərazisində heç bir proqram istehsal etmir.

Zelenskyy dekabrın 31-də Ukraynada 31 mart prezident seçkisi kampaniyasının startı veriləndən bir neçə saat sonra özünün televiziya şoularından birində deyib ki, namizəd olmaq və “Ukraynada nələrisə dəyişməyə çalışmaq” niyyətindədir.

Bundan əvvəl Ukraynanın hazırkı prezidenti Petro Poroshenko Rusiyada biznesləri olduğuna dair iddialarla bağlı müxalifət tərəfindən kəskin tənqid olunurdu.

Poroshenko sentyabr ayında demişdi ki, onun Rusiya tərəfindən işğal olunmuş Krım yarımadasındakı gəmi tərsanəsi Rusiya tərəfindən müsadirə olunub və o artıq bu tərsanənin sahibi deyil.

Poroshenko bunu da deyib ki, o Rusiyanın Lipetsk şəhərindəki şokolad fabrikini 2014-cü ildə prezident olandan sonra bağlayıb.

Poroshenko daha bir müddət prezidentlik üçün namizədliyini verəcəyi barədə hələlik heç nə deməyib.

O 2014-cü il seçkisində 54 faiz səslə qalib gəldikdən sonra, indiyədək iqtisadi çətinliklər və korrupsiyaya qarşı mübarizənin zəifliyinə görə populyarlıq reytinqi kəskin azalıb.

Belə görünür ki, Poroshenko-nun bu seçkidəki əsas rəqibi keçmiş baş nazir Yulia Tymoshenko olacaq. Timoshenko-nun populyarlıq reytinqi hazırda 12, 7 faiz olaraq təxmin edilir.

Dekabrda keçirilmiş eyni sorğu gözlənilmədən Zelenskyy-ni 9 faizlə ikinci yerə çıxarıb. Poroshenko-nun göstəricisi 8, 6 faizdir.

Zelenskyy hazırda “Xalqın xidmətçisi” adlı televizya serialında iştirak edir. O bu komediya serialında prezident seçilmiş adi məktəb müəllimini oynayır.

Mərkəzi Seçki Komissiyası namizədlərin yekun siyahısını fevralın 8-də bəyan etməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG