Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 02:31

Saakashvili Ukraynaya gəldi (VIDEO)


Saakashvilini Borispol hava limanında yüzlərlə tərəfdarı qarşılayıb
Saakashvilini Borispol hava limanında yüzlərlə tərəfdarı qarşılayıb

Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili mayın 29-da Ukraynaya gəlib.

Onu hava limanında qarşılayan yüzlərlə insan “Mişa! Mişa!” çağırışını səsləndirirdi. Saakashvilini məxsusi olaraq onun üçün yapılmış çörəklə qarşılayıblar.

Ukrayna dövlət sərhədi xidmətinin müşaviri Andrey Demchenko bildirib: “Vətəndaş Saakaşvili barədə prezident fərmnanı var və buna görə də sərhədçilərin ona heç bir sualı ola bilməz”.

Saakashvili deyib ki, ona Ukrayna vətəndaşlığının qaytarılması Zelenskiy-nin “prezidentə layiq cəsarətli addımıdır”.

O habelə bildirib ki, heç bir “şəxsi peşə ambisiyaları yoxdur” və hər hansı bir dövlət vəzifəsi tutmaq niyyətində deyil.

Lakin onun təsis etdiyi “Yeni qüvvələrin hərəkatı” təşkilatı mayın 29-da Radaya seçkidə iştirak edəcəyini bildirib.

***

Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili Ukrayna Prezidenti Volodymyr Zelenskiy-nin onun Ukrayna vətəndaşlığını bərpa etməsini alqışlayıb, bunu “cəsur və dəyərli prezidentin cəsarətli addımı” adlandırıb.

Saakashvili mayın 28-də AzadlıqRadiosu-nun Ukrayna xidmətinə müsahibə verib. Polşadan Skype ilə müsahibəsində Saakaashvili deyib ki, keçmiş prezident Petro Poroshenko-nun onun vətəndaşlığını alması “dəyərsiz prezident tərəfindən qorxaq hərəkət” idi.

O, dəstək gördüyü ukraynalılara təşəkkürünü bildirib, “onu Ukraynada görmək istəyən çoxsaylı adamlarım olmasından əminliyini” ifadə edib.

Saakashvili deyib ki, Zelenskiy-nin onun Ukrayna vətəndaşlığını “çox sürətlə” bərpa etməsi “onun xarakterini” göstərir.

Volodymyr Zelenskiy (ortada)
Volodymyr Zelenskiy (ortada)

Sözçüsü Tanya Bahranovska AzadlıqRadiosu-na deyib ki, Saakashvili mayın 29-da günortadan sonra Varşavadan Kiyevə gedəcək.

Saakashvili-yə 2015-ci ildə Poroshenko vətəndaşlıq verib və Odessanın qubernatoru təyin edib.

Tbilisi rəsmiləri isə həmin ilin dekabrında onun Gürcüstan vətəndaşlığını alıb, Gürcüstan qanunvericiliyinin ikili vətəndaşlığa icazə vermədiyini bildirib.

Poroshenko və Saakashvili-nin münasibətləri korrupsiya iddialarından dolayı pisləşincə, Poroshenko 2016-cı ildə onu qubernatorlurdan çıxarıb.

2017-ci ilin iyulunda Saakashvili Yeni Qüvvələr Hərəkatı adlı müxalifət partiyası yaradıb. Bundan sonra Poroshenko onun Ukrayna vətəndaşlığını ləğv edib.

Saakashvili 2018-ci ilin fevralında Kiyevdə saxlanıb, aeroporta aparılaraq Polşaya yola salınıb. Ukrayna sərhəd xidməti onun 2021-ci il fevralın 13-dək ölkəyə girişini yasaqlayıb.

“Bir daha vurğulamaq istəyirəm ki, şəxsi peşəkar ambisiyalarım yoxdur”, – Saakashvili AzadlıqRadiosu-na deyib və onun üçün “Ukraynanın uğurunun” “çox vacib” olduğunu vurğulayıb.

***

Zelenskiy Saakashvili-yə Ukrayna vətəndaşlığını qaytarır

Ukrayna prezidenti Volodymyr Zelenskiy Odessa şəhərinin keçmiş meri və keçmiş Gürcüstan prezidenti Mikhheil Saakashvilinin Ukrayna vətəndaşlığını bərpa edib.

Bu barədə məlumat Ukrayna dövlət başçısının rəsmi saytında dərc olunub.

Bundan əvvəl Saakashvili Ukrayna vətəndaşlığının bərpası üçün Zelenskiyə müraciət etmişdi.

Zelenskiy eyni fərmanla daha dörd nəfərə Ukrayna vətəndaşlığı verib. Onların arasında azərbaycanlı da var.

Mikheil Saakashvilini Ukrayna vətəndaşlığından ölkənin keçmiş prezidenti Petro Poroshenko məhrum etmişdi.

Saakashvili bu qərarına görə Volodumyr Zelenskiyə təşəkkürünü bildirib:

XS
SM
MD
LG