Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Zelenskiy Rusiyada təqib olunanlara Ukrayna pasportlarının verilməsini istəyir


Volodymyr Zelenskiy
Volodymyr Zelenskiy

Ukrayna prezidenti Volodymyr Zelenskiy “Ukrayanı müdafiə etmiş” xaricilərə və vətəndaşlığı olmayanlara və Rusiyada “siyasi təqiblərə məruz qalanlara” Ukrayna pasportunun verilməsi prosedurunu asanlaşdırıb.

Avqustun 13-də prezident saytında dərc olunmuş 594 / 2019 nömrəli fərmanla Zelenskiy hökumət kabinetinə Ukrayna vətəndaşlığının verilməsi prosesini sadələşdirən tədbirləri “təcili qaydada” həyata keçirməyi tapşırıb.

Fərmanda Rusiyada siyasi motivlərlə təqib və təzyiqlərə məruz qalanlara Ukrayna vətəndaşlığının verilməsi prosesinin sadələşdirilməsi məsələsi xüsusilə vurğulanır.

Bu fərmandan təxminən bir ay əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk və Luhansk vilayətlərinin sakinlərinə Rusiya vətəndaşlığının verilməsi prosedurunun sadələşdirilməsi barədə fərman imzalamışdı.

Bu iki vilayətdə Moskvanın dəstəklədiyi separatçılar geniş ərazilərə nəzarət edirlər.

Ukrayna və Qərb Putinin bu addımını Ukraynanın suverenliyinə qarşı qəsd adlandıraraq tənqid etmişdi.

Təhlilçilər bildirirdilər ki, Putinin fərmanından məqsəd Zelenskiy-nin seçki qələbəsini gözdən salmaq idi.

Bu arada Ukraynanın dövlət təhlükəsizliyi orqanları Rusiyanın Ukraynanın Lvov şəhərindəki konsulu casusluqda günahlandırmış və diplomat persona non grata elan olunmuşdu.

Bu da xəbər verilir ki, sözü gedən Rusiya diplomatı artıq Ukraynanı tərk edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG