Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Zelenskiy Putini danışığa çağırır…Amma Trump, Merkel və Macron-un iştirakilə


Rusiya ilə telekörpünün əleyhinə aksiya
Rusiya ilə telekörpünün əleyhinə aksiya

Ukrayna prezidenti Volodymyr Zelenskiy Rusiya prezidenti Vladimir Putini danışıqlara dəvət edib.

Zelenskiy iyulun 8-də Facebook səhifəsinə yerləşdirdiyi videoda Putinlə Belarusun paytaxtı Minskdə görüşməyə hazır olduğunu bildirib:

"Biz danışmalıyıqmı? Bəli. Gəlin Krımın kimə məxsus olduğunu, Donbasda kimin olub-olmadığını müzakirə edək”.\

Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən bəri Rusiyqa ilə Ukrayna arasında münasbətlər son dərəcəcə gərginləşib.

Zelenskiy iyulun 8-də Avropa İttifaqı rəsmiləri ilə sammitdə deyib ki, Ukraynaya sülh yalnız diplomatik danışıqlar vasitəsilə qayıda bilər:

"Biz bu müharibəni dayandırmaq istəyirik və biz Ukraynada sülhə qayıtmaq istəyirik. Lakin bu, yalnız bir silahla mümkündür, o da diplomatiyadır”.

O habelə vurğulayıb ki, Rusiyaya qarşı sanksiyalar Ukraynanın ərazi bütövlüyü bərpa olunanadək saxlanmalıdır:

"Sanksiyalar sülhə nail olmağın ən sivilizasiyalı yoludur. Əgər kiminsə sanksiyaların davam etdirilməsi ilə bağlı şübhələri varsa, mən həmin adamları müharibənin gətiridiyi iztirabları görmək üçün Donbasa dəvət edirəm”.

Putinin sözçüsü Dmitry Peskov deyibb ki, Kreml Zelenskiy-nin danışıqlara çağırışını götür-qoy edəcək, lakin, hələlik buna cavab verməyə hazır deyil:

"Birincisi biz belə bir görüşün perspektivli olub-olmamasını başa düşməliyik. İkicisi biz hansı yeni formatın təklif olunduğunu başa düşməliyik”.

Zelenskiy-nin bu videomüraciətindən əvvəl Ukrayna siyasətçiləri Rusiyanın birinci dövlət telekanalı ilə Ukraynanın NewsOne teleşəbəkəsi arasında telekörpünün keçirilməsi planları ilə bağlı narahatlıq ifadə etmişdilər. Bu telekanal Ukraynanın moskvayönlü siayəsətçisi Viktor Medvedchuk-a yaxınlığı ilə tanınır.

İyulun 7-də Rusiya dövlət telekanalının anti-Qərb mövqeyi ilə tanınan aparıcısı Dmitry Kiselyov bildirmişdi ki, “Biz Danışmalıyıq” adlı telekörpü iyulun 12-də keçirilməlidir.

Zelenskiy bu təşəbbüsü “ucuz və təhlükəli təbliğat” adlandırıb.

O deyib ki, bu teleşoudan məqsəd ukraynanılıları rusiyayönlü və Avropa İttifaqına meylli olan iki düşərgəyə ayırmaqdır.

Zelenskiy bunu da deyib ki, bu televiziya proqramından məqsəd Ukraynanı onunla dialoq aparılması mümkün olmayan “xunta” kimi təqdim etməkdir.

Yeri gəlmişkən Zelenskiy-nin bəyanatından sonra NewsOne telekanalı sözü gedən telekörpünü təhdidlərlə bağlı ləğv etməyi qərara aldığını bildirib.

Ukraynanın baş prokuroru Yuriy Lutsenko iyulun 8-də özünün Facebook səhifəsində yazıb ki, Rusiya ilə telekörpü keçirilməsi təşəbbüsünü “vətənə xəyanət cəhdi” kimi qiymətləndirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG