Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:51

Putin və Zelenskiy ilk dəfə olaraq telefon söhbəti ediblər


 Vladimir Putin (sağda) və Volodymyr Zelenskiy
Vladimir Putin (sağda) və Volodymyr Zelenskiy

Rusiya prezidenti Vladimir Putin və onun ukraynalı həmkarı Volodymyr Zelenskiy arasında ilk dəfə telefon söhbəti olub.

Onlar Ukraynanın şərqinsdəki münaqişəni, habelə əsirlərin dəyişdirilməsini müzakirə ediblər.

Kreml bildirir ki iyulun 11-də baş tutmuş bu söhbətin təşəbbüskarı Zelenskiy olub.

Ötən may ayından Ukraynanın prezidenti olan Zelenskiy əsas məqsədinin Rusiya tərəfindən saxlanmış Ukrayna dənizçilərinin azad edilməsinin olduğunu bildirib.

Putin 41 yaşlı komediaya aktyoru Zelenskiy-nin prezident seçilməsini təbrik etməmişdi.

Son iki ayda iki lider media vasitəsilə bir birinə atmaca atırdı.

Bu müddətdə Putin Ukraynanın Donbas regionunun sakinlərinin Rusiya vətəndaşlığı almasını asanlaşdıran fərman imzalamışdı. Zelenskiy Rusiya pasportunun azadlıqdan imtinaya bilet olduğunu demişdi.

Bundan əvvəl Zelenskiy xüsusi videomüraciətində Putinlə görüşə hazır olduğunu bildirmişdi. Lakin o şərt qoymuşdu ki, bu danışıqlarda Britaniya, Fransa və ABŞ liderləri də iştirak etməlidirlər.

İyulun 11-də Zelenskiy-nin təklifi barədə nə düşündüyünə dair suala cavab verən Putin belə bir görüşə hazır olduğunu demişdi, lakin əlavə etmişdi ki, bu görüş Ukraynada iyulun 21-də keçiriləcək parlament seçkisindən əvvəl çətin ki, mümkün olsun.

Zelenskiy-nin bu yaxınlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının başçısı təyin etdiyi Oleksandr Danilyuk iyulun 11-də Vaşinqtonda dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Andrea Thompson-la görüşməli idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG