Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:52

Zelenskiy NATO üzvlüyü məsələsini referenduma çıxaracağını deyir


Volodymyr Zelenskiy
Volodymyr Zelenskiy

Ukrayna prezident seçkisi kampaniyasının lideri Voldymyr Zelenskiy deyib ki, o əgər dövlət başçısı seçilərsə, Ukraynanın NATO-ya qoşulub-qoşulmayacağına dair referendum keçirməyi planlaşdırır.

Prezident seçkisinin aprelin 21-də keçiriləcək ikinci dövrəsi ərəfəsində namizəd yarışına liderlik edən aktyor Zelenskiy aprelin 18-də bəyan edib ki, “biz Avropaya gedən yolumuzu aydın şəkildə seçmişik”.

Lakin o əlavə edib ki, alyansa qoşulmaq məsələsində ümumxalq konsensusuna nail olmaq lazımdır.

"Aydındır ki, NATO təhlükəsizlik və yüksək səviyyəli hərbiyyə deməkdir, amma mən bu ölkəni birləşdirmək istəyirəm”.

Zelenskiy əlavə edib ki, o Ukraynanın rusdilli əhali yaşayan ərazilərindəki insanların NATO üzvlüyünə mənfi baxışına üstün gəlmələrinə çalışacaq.

"Mən Ukraynanın şərq regionları üçün gündəlik qaydada videmüraciətlər hazırlayaraq onlara izah edəcəyim ki, NATO sizi udacaq xortdan deyil”.

Hazırkı prezident və bu seçkidə Zelenskiy-nin rəqibi olan Petro Poroshenko fəaliyyəti boyunca ölkəsinin NATO və Avropa İttifaqına üzvlüyünə çalışıb, hərçənd ölkədəki korrupsiya və Ukraynanın şərqindəki silahlı münaqişə Kiyevin bu təşkilatlara üzvlüyünü mümkünsüz edir.

Zelenskiy bunu da deyib ki, o Ukrayna parlamenti Verxovna Radaya erkən seçkilərin keçirilməsinə nail olacaq. Hazırda parlamentdə Poroshenko-nun hakim partiyası say üstünlüyünə malikdir.

Növbəti seçkilər oktyabr ayında keçirilməlidir. Amma Zelenskiy deyib ki, erkən seçkilər Ukrayna hakim sinfinin “təzələnməsi” üçün lazımdır.

Zelenskiy aprelin 18-də deyib ki, prezident seçilərsə, keçmiş maliyyə naziri Oleksandr Danylyuku öz hökumətinə daxil edəcək.

Danulyuk 2018-ci ildə vəzifəsindən xaric edildikdən sonra, bu ilin əvvəllərində Zelenskiy-nin kampaniyasına qoşulub.

Ən son rəy sorğuları Zelenskiy-ə dəstəyin 58, Poroshenkoya isə 22 faiz olduğunu göstərir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG