Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 08:45

Zelenskiy və Merkel Donbası müzakirə ediblər


Volodymyr Zelenskiy (solda) və Angela Merkel (Foto arxivdəndir)
Volodymyr Zelenskiy (solda) və Angela Merkel (Foto arxivdəndir)

Ukrayna prezidenti Volodymyr Zelenskiy və Almaniya kansleri Angela Merkel Ukraynanın şərqindəki vəziyyəti müzakirə ediblər.

Burada Rusiya tərəfindən dəstəklənən separatçılar Ukraynanın Donetsk və Luhansk vilayətlərində bəzi əraziləri zəbt ediblər.

Ukrayna prezidentinin internet saytında yanvarın 15-də dərc edilmiş məlumatda deyilir ki, Zelenskiy Almaniya kanslerinə dekabrın 9-da Parisdə keçirilən Normand sülh sammitində iştirakına görə təşəkkürünü bildirib.

Zelenskiy Ukraynanın şərqində tam atəşkəsin bərqərar edilməsi cəhdlərinin iflasa uğraması ilə bağlı narahatlığını ifadə edib.

Bu da bildirilir ki, Ukrayna, Rusiya və ATƏT nümayəndələrindən ibarət kontakt qrupunun növbəti görüşü yanvarın 16-da Minskdə keçiriləcək.

Zelenskiy Merkeli əmin etməyə çalışıb ki, Kiyev hərtərəfli atəşkəsin bərqərar edilməsi üçün səylərrini əsirgməyəcək.

Merkel öz növbəsində yanvarın 8-də İran səmasında vurulmuş Ukrayna təyyarəsində həlak olan 176 nəfərin yaxınlarına başsağlığı verib.

Zelenskiy təyyarənin vurulması ilıə bağlı müstəqil təhqiqatın keçirilməsinə dair təklifinə görə də xanım Merkelə təşəkkür edib.

O Almaniyanı təyyarənin vurulması ilə bağlı təhqiqata və günahkarların cəzalandırılmasına köməklik göstərməyə çalışıb.

İran yanvarın 11-də Ukraynaya məxsus sərnişin təyyarəsini Tehran yaxınlığında “səhvən” raketlə vurduğunu etiraf edib.

XS
SM
MD
LG