Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:11

Zelenskiy bu il Ukraynada parad keçirməyəcək


Volodymyr Zelenskiy
Volodymyr Zelenskiy

Ukrayna prezidenti Volodymyr Zelenskiy deyib ki, bu il hər il olduğu kimi 24 avqust – Müstəqillik günündə “bahalı” hərbi parad keçirilməyəcək.

İyulun 9-da Facebook-da yazdığı postda prezident bildirir ki, bunun əvəzində hər il orta hesabla parada xərclənən 300 milyon hrivnya (11, 7 milyon dollar) hərbi xidmətdə olanlara mükafat şəklində veriləcək:

“Bu çox dəbdəbəli həm də ucuz olmayan bir tədbirdir. Bu pulu qəhrəmanlarımıza versək, daha yaxşı olar”.

Ukrayna 1998-ci ildən bəri qeyri-müntəzəm hərbi paradlar keçirib.

Bu təcrübbədən moskvayönlü prezident Viktor Yanukovych-in hakimiyyəti dövründə - 2010 və 2013-cü illər arasında imtina olunmuşdu.

Onun xələfi Petro Poroshenkonun dövründə isə hər il genişmiqyaslı hərbi parardlar keçirilirdi.

Bundan məqsəd ölkənin şərqində münaqişənin getməsinə baxmayaraq Ukrayna ordusunun islah olunduğunu və inkişaf etdiyini nümayiş etdirmək idi.

2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaq edilməsindən sonra Moskvanın Ukraynanın şərqində qızışdırdığı separatçı münaqişədə indiyədək 13 min nəfər həlak olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG