Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Ukrayna prezidenti Volodymyr Zelenskiy Azərbaycana gəlib


Volodymyr Zelenskiy
Volodymyr Zelenskiy

Ukrayna prezidenti Volodymyr Zelenskiy dekabrın 16-da Azərbaycana gəlib.

AZƏRTAC-ın xəbərinə görə, Ukrayna prezidenti ilə xanımı Yelena Zelenskayanı hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və başqa rəsmi şəxslər qarşılayıblar.

Bu səfər zamanı Ukrayna ilə Azərbaycan arasında prioritet sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir neçə ikitərəfli sənədin imzalanacağı gözlənilir.

Volodymyr Zelenskiy-nin səfər zamanı prezident İlham Əliyev və baş nazir Əli Əsədovla görüşəcəyi bildirilir.

Volodymyr Zelenskiy və İlham Əliyev Ukrayna-Azərbaycan biznes forumunun işində də iştirak etməlidirlər.

Həmçinin, cənab Zelenskiy Azərbaycanın Ukrayna icması ilə görüşməlidir.

Bu, Ukrayna prezidentinin Azərbaycana ilk səfəridir.

XS
SM
MD
LG