Keçid linkləri

2025, 13 İyun, Cümə, Bakı vaxtı 18:49

Zelenski deyib ki, Ukraynada çevriliş cəhdinin üstü açılıb


Volodimir Zelenski mətbuat konfransında
Volodimir Zelenski mətbuat konfransında

Prezidentin dediyinə görə həmin səs yazısında bu söhbətdə şəxsən iştirak etməyən milyarder Rinat Axmetovun adı çəkilir

Prezident Volodimir Zelenski deyib ki, Ukrayna kəşfiyyat xidməti Rusiyadan olan şəxslərin iştirakilə gələn həftəyə planlaşdırılan çevriliş cəhdinin üstünü açıb.

Zelenski noyabrın 26-da Kiyevdə keçirdiyi mətbuat konfransında sözü gedən cəhdin təfərrüatları barədə məlumat verməyib və Kremli birbaşa iştirakda ittiham etməyib.

Buna baxmayaraq Kreml hər hansı çevriliş cəhdində əli olmadığına dair dərhal bəyanat verib.

Zelenski bunu da deyib ki, Ukrayna Rusiyanın onun sərhədləri boyunca qoşun cəmləşdirməsinə baxmayaraq, istənilən eskalasiyaya hazırdır.

Ukrayna prezidenti habelə bildirib ki, onun baş qərargah rəisi Andriy Yermak tezliklə Rusiya nümayəndələri ilə iki ölkə arasındakı qarşıdurmanı müzakirə edəcək.

Yermakın özü isə deyib ki, Rusiya prezidenti Vladimir Putinin administrasiya rəhbərinin müavini Dmitri Kozakla təmas yaradacaq.

The New York Times və Bloomberg də daxil Qərb mediası ABŞ rəsmilərinə istinadən Rusiyanın Ukraynaya hərbi müdaxilə edə biləcəyini yazırdı.

Bu xəbərlərdə deyilirdi ki, sözü gedən müdaxilə 2014-cü ildə Krımın ilhaq olunması ilə nəticələnmiş əməliyyatdan da böyük ola bilər.

Bu gərginliyin əsnasında CNN-nin verdiyi xəbərə görə, Co Bayden administrasiyası Ukraynaya hərbi avadanlıq və müşavirlər göndərilməsi məsələsini nəzərdən keçirirdi.

Moskva Ukraynaya mümkün müdaxilə barədə Qərbin iddialarını qətiyyətlə rədd edir.

Rinat Axmetov
Rinat Axmetov

“Müəyyən səs yazıları”

Çevriliş cəhdi barədə iddialara gəlincə isə, Zelenski deyib ki, onda “müəyyən səs yazıları” var və burada Ukrayna və Rusiyadan olan naməlum şəxslər çevrilişin dekabrın 1-i və ya 2-də olacağına dair söhbət edirlər.

Prezidentin dediyinə görə həmin səs yazısında bu söhbətdə şəxsən iştirak etməyən milyarder Rinat Axmetovun adı çəkilir.

Zelenski vurğulayıb ki, o şəxsən milyarderin belə bir məsələdə iştirakına inanmır, çünki prezidentə qarşı “müharibədə” iştirak onun üçün “ölümcül səhv” olardı:

“Mən inanıram ki, bu Rinat Axmetovun qurmasıdır”.

Zelenski əlavə edib ki, o “Yanukoviç deyil və çevrilişlərdən qorxmur”.

Moskvayönlü prezident Viktor Yanukoviç 2014-cü ildə Kiyevdə kütləvi etirazlarla bağlı Rusiyaya qaçmışdı.

Milyarder təkzib edir

Daha sonra Rinat Axmetov onun çevriliş cəhdinə cəlb olunmasına dair iddiaları təkzib edib:

"Məni prezidentin hansı motivlərədən çıxış etməsinə baxmayaraq bu yalanın yayılması hiddətləndirir. Mənim mövqeyim həmişə birmənalı olub və belə də qalacaq: Müstəqil, demokratik, Krıma və mənim doğma Donbasıma da sahib olan Ukrayna. Mənim hərəkətlərim bu mövqeyimin sübutudur”.

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın hər hansı bir şəkildə belə bir çevriliş cəhdində iştirakına dair iddiaları rədd edib və deyib ki, “biz heç vaxt belə işlər görmürük”.

Axmetovun DTEK enerji şirkəti və ölkənin şərqində poladəritmə, dəmir filizi, bank, sığorta və televiziya şəbəkəsi kimi biznesləri var.

O bir vaxtlar Yanukoviçlə yaxın münasibətlərinə baxmayaraq Krımın ilhaqını və Donbasdakı separatçılığı heç vaxt dəstəkləməyib.

XS
SM
MD
LG