Keçid linkləri

Təcili xəbərlər
2020, 05 İyul, bazar, Bakı vaxtı 04:28

Zelenski Ukraynanı Britaniyanın yerinə Avropa Birliyinə götürməyə çağırıb


Volodymyr Zelensky -Ukrayna prezidenti İsveçrə, Davos, 22 yanvar, 2020.

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkəsinin əsas məqsədi Şərqi və Mərkəzi Avropada lider olmaqdır.

O bunu, yanvarın 22-də Davosda keçirilən beynəlxalq iqtisadi forumda çıxış edərkən deyib.

O forum iştiraçılarını, “yeni Ukraynanın uğurlarında səhmdar olmağa” çağırıb.

Zelensky deyib ki, Ukrayna öz gələcəyini Avropada görür.

O Ukraynanı, Böyük Britaniyanın yerinə, Avropa Birliyinə qəbul etməyə çağırıb.

“Söhbət bizim Avropa Birliyində nə vaxt olacağımızdan getmir. Söhbət Ukraynanın birlikdə hansı statusu olmasından gedir. İndi çox münasib bir vaxtdır, bir ölkə çıxanda, obirisi daxil olabilər”, Zelensky deyib.

Prezident həmçinin Ukraynanın şərqindəki vəziyyətdən danışıb, etiraf edib ki, orda hələ də tam atəşkəs əldə edilməyib. Amma qeyd edib ki, qarşıda işıq görür, əgər bütün tərəflər müharibənin dayandırılmasını istəsələr, o sabah dayanar: “Ukrayna öz torpağını qoruyur, amma hamımız başa düşürük ki, onu bu gün də dayandıra bilərik”, Zelensky vurğulayıb.

Davosda keçirilən 50-ci beynəlxalq toplantıda dövlət və hökumət başçıları da daxil olmaqla 117 ölkədən 3 minədək nümayəndə iştirak edir.

Mark Zuckerberg, George Soros və Bill Gates də daxil olmaqla forumda dünyanın 36 ölkəsindən milyarderlər və müxtəlif iş adamları da iştirak edirlər.

XS
SM
MD
LG