Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:46

'Zəhərlənmə işi' ilə bağlı fitosanitar işçilərinin də istintaqa cəlb edildiyi deyilir


İmişli rayonu, pambıq sahəsi
İmişli rayonu, pambıq sahəsi

Azərbaycanın bir neçə rayonunda pambıq tarlasında baş verən zəhərlənmə ilə bağlı Dövlət Fitosanitar Nəzarəti Xidmətinin bəzi əməkdaşlarının da istintaqa cəlb edildiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna sözü gedən qurumun adının açıqlanmasını istəməyən əməkdaşı məlumat verib.

Onun sözlərinə görə, İmişlidəki zəhərlənmə hadisəsi daha kütləvi olduğundan rayonun Bitki Mühafizə Mərkəzinin rəhbəri Qəhrəman Qəhrəmanov saxlanıb. İstintaq müddətindən ötrü onun barəsində Nəsimi Rayon Məhkəməsinin həbs qərarı çıxardığı bildirilir.

Mərkəz rəhbərinin həbsini oğlu Musa Qəhrəmanov da təsdiqləyib:

“Atama 3 ay həbs veriblər. Bu gün, iyunun 22-də Kürdəxanıdakı cəzaçəkmə müəssisəsinə etap olunmalıdır.”

“Zəhərlənmə işi” ilə bağlı ( Satlı rayonunda-R) Baş Prokurorluq iyunun 11-də cinayət işi-nin açıldığını bildirib.

Lakin bundan sonra aparılan istintaq tədbirləri barədə hələ ki, heç bir məlumat yayılmayıb.Ancaq bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, sonrakı günlərdə baş verən oxşar hadisələrə görə də anoloji istintaq aparılır.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Rövşən Ziya Xidmət əməkdaşlarının saxlanılması və həbsi barədə deyilənlərə münasibət bildirməyib : “ Heç nə deyə bilmərəm.”

XATIRLATMA

Son iki həftədə Azərbaycanın bir neçə rayonunun ərazisisindəki bəzi pambıq tarlalarında alaq otlarını təmizləyən işçilərin kütləvi olaraq zəhərlənməsi qeydə alınıb. Hələ bir müddət əvvəl Saatlı rayonunda oxşar hadisə baş verəndə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanmışdı. Söhbət 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.

İyunun 20-də Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyevin vəzifəsindən azad edildiyi bildirilir. Dövlət büdcəsi hesabına alınan pestisidlərin, o cümlədən onların ehtiyatı da nəzərə alınmaqla bölgüsünə, saxlanmasına, daşınmasına, istifadəsinə bu dövlət orqanı nəzarət edir.Habelə qurumun bitki mühafizə vasitələrinin istehsalı, idxalı, ixracı, saxlanması, satışı, tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyətiniə nəzarət etdiyi də deyilir.

Üstəlik, bu cinayət işi ilə bağlı Saatlı və İmişli rayonunda pambıq zavodlarının bəzi vəzifəli şəxsülərin də həbs edildiyi bildirilir.Onların qohumlari deyirlər ki, bu işdə həbs yuxarılardan başlamalı idi.

XS
SM
MD
LG