Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:19

Zaxarova Qərb vasitəçilərinin 'yanaşmasını' tənqid edib


Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına Qərbin yanaşması tam balanslaşdırılmayıb.

Bunu oktyabrın 6-da keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib:

“Sülh müqaviləsinə Qərbin yanaşmalarına gəlincə, bizim fikrimizcə bunlar tam balanslaşdırılmayıb. Bəzi Qərb vasitəçilərini isə sülh vasitəçisi adlandırmaq qətiyyən mümkün deyil”.

Zaxarova vurğulayıb ki, Rusiyanın yanaşması çox dəqiqdir:

“Biz tam başa düşürük ki, geosiyasətdə oyun və manevrin müəyyən elementləri olur. Amma biz vəziyyyətin təhlükəli pozulmasına aparan geosiyasi intriqaların əleyhinəyik. Biz hissolunacaq, vəziyyəti sabitləşdirəcək nəticələrə aparan bütün səyləri dəstəkləməyə həmişə hazırıq. Biz elə buna görə də vasitəçilik edirik. Biz üçtərəfli razılaşmaların işlənməsi və əldə edilməsi üçün hər şeyi etmişik və bu razılaşmaların reallaşdırılmasına istiqamətlənmişik”.

Zaxarova əlavə edib ki, Moskva Bakı və Yerevana öz təkliflərini təqdim edib:

“Biz, müttəfiqimiz olan iki dövlət arasında sülh müqaviləsinin hazırlanması da daxil münasibətlərin normallaşdırılmasına kompleks səy göstəririk. Bizim ümumi təkliflərimiz Yerevana və Bakıya göndərilib”.

Əsirlərlə davranış: Azərbaycanla Ermənistan bir-birlərini hərbi cinayətdə günahlandırırlar
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük müharibəylə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Laçın dəhlizinə və qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər sülh sazişi imzalayıb.

İki ölkə liderinin 31 avqust Brüssel görüşündə xarici işlər nazirlərinə sülh sazişi üzərində işləmək tapşırılıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG