Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:04

Qazaxıstan Mariya Zaxarovanın sözlərinə sərt reaksiya verib


Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova
Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova

Ukraynanın Qazaxıstandakı səfiri Pyotr Vrublyovski “rusların öldürülməsi” ilə bağlı bəyanatı ilə diplomatik qalmaqal yaratmışdı

Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarovanın Ukrayna səfiri Pyotr Vrublyovskinin Astanaya qayıtması ilə bağlı bəyanatına görə Qazaxıstan XİN-ə dəvət olunub.

Vrublyovski “rusların öldürülməsi” ilə bağlı bəyanatı ilə diplomatik qalmaqal yaratmışdı.

Bu barədə məlumatı AzadlıqRadiosunun Qazax xidməti – Azattık verib.

Zaxarova bildirib ki, Vrublyovski Rusiya XİN-in sözü gedən bəyanatından sonra da diplomatik missiya başçısı kimi diplomatik qəbullarda iştirak edir.

Zaxarova iddia edib ki, Astana Vrublyovskinin Qazaxıstanı tərk edəcəyi barədə vəd verib, amma vədini yerinə yetirmir.

Rusiya XİN nümayəndəsinin sözlərinə görə Vrublyovskinin bəyanatında Qazaxıstan Cinayət Məcəlləsində nəzərdə tutulmuş tərkib var.

Səfir bu yaxınlarda dəyişdiriləcək

Qazaxıstan XİN-in nümayəndəsi Aybek Smadiyarov Zaxarovanın bəyanatlarını “bərabərhüquqlu strateji partnyorlar kimi Qazaxıstan və Rusiya arasında müttəfiqlik münasibətlərinin xarakterinə zidd” adlandılrıb:

"Biz başa düşə bilmirik ki, Rusiya XİN-in nümayəndəsi hansı cinayət məsuliyyətindən danışır, beləki Ukraynanın Qazaxıstandakı səfiri Vyana Konvensiyasına uyğun olaraq diplomatik toxunulmazlığa malikdir”.

Amma Smadiyarov bunu da bildirib ki, Vrublyovski tezliklə Qazaxıstanı tərk edəcək və Ukrayna onun əvəzinə başqa səfir göndərəcək.

Bu ilin avqustunda verdiyi müsahibələrdən birində Pyotr Vrublyovski Ukraynadakı müharibəni şərh edərkən “rusların öldürülməsi” məsələsinə toxunmuşdu.

O bu barədə demişdi:

"Çalışırıq ki, onlardan mümkün qədər çox öldürək. Biz indi nə qədər çox rus qırsaq, bizim uşaqlarımızın öldürməsi üçün daha az rus qalar”.

O vaxt Qazaxıstan XİN bu bəyanatla bağlı Ukrayna səfirinə narazılığını bildirmişdi.

Ermənistan qaçqınları: 'Prezident desə, qayıdarıq'
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

XS
SM
MD
LG