Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:17

İşdə qadınları gizli çəkməkdə ittiham olunan FHN polkovnikinə həbs və...


Görüntülər 2022-ci il avqustun əvvəlində sosial şəbəkələrdə yayılıb.
Görüntülər 2022-ci il avqustun əvvəlində sosial şəbəkələrdə yayılıb.

Fövqəladə Hallar Nazirliyindəki (FHN) iş otağında tabeliyindəki qadınlarla intim hərəkətləri gizli şəkildə lentə almaqda ittiham olunan polkovnik Zaur Mirzəyev 3 il 6 ay azadlıqdan məhrum edilib. Mayın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Bu məhkəmədə beş ay davam edən araşdırmaların nəticəsi olaraq, polkovnik şəxsi həyatın toxunulmazlığını pozma, vəzifə səlahiyyətlərini aşma və başqa əməllərdə təqsirli bilinib.

4 min manat təzminat

43-yaşlı Mirzəyevin cinayət işində gizli şəkildə videosu çəkilən iki qadın zərərçəkmiş qismində tanınıb. Onlardan biri məhkəmə prosesində 192 min manatlıq mülki iddia qaldıraraq ona dəymiş ziyana görə təzminat tələb edirdi. Məhkəmə bu mülki iddianı qismən təmin edib. Hökmə əsasən, Mirzəyev zərərçəkmişə dəymiş ziyana görə 4 min manat ödəməlidir.

Zərərçəkmiş məhkəmədə bildirib ki, Mirzəyevin hərəkətləri nəticəsində onun həyatı darmadağın olub – işini itirib, ailəsi dağılıb, uşaqları əlindən alınıb, sığınacaqda yaşamaq məcburiyyətində qalıb və s.

Təqsirləndirilən polkovnik özünü qismən təqsirli bilir. O, qadınlarla münasibətlərini gizli şəkildə çəkdiyini təsdiqləsə də, heç kimi heç nəyə məcbur etmədiyini, görüntüləri də özünün yaymadığını bildirib. O, gizli çəkilişləri də ünsiyyətdə olduğu qadınlar tərəfindən sonradan özünün şantaja məruz qala bilməsi ehtimalını nəzərə alaraq işini ehtiyatlı tutması kimi izah edib. Deyib ki, kompüterində olan həmin görüntüləri yaymaq niyyəti olmayıb.

Nazirlik də zərərçəkmişdir

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olmuş Mirzəyev haqqında cinayət işində gizli şəkildə videosu çəkilən iki qadınla yanaşı, nazirlik də zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, polkovnik hərəkətləri ilə nazirliyin nüfuzuna zərbə vurub.

Mirzəyevin məhkəməsində şəxsi həyatla bağlı məqamların olduğu əsas gətirilərək beş aydan çox davam edən məhkəmə prosesi qapalı keçirilib. Lakin zərərçəkmişlərdən biri məhkəmənin açıq keçirilməsini, ictimaiyyətin baş verənlərdən xəbər tutmasını istəyirdi.

Sözügedən görüntülər 2022-ci il avqustun əvvəlində sosial şəbəkələrdə yayılıb. Bir neçə gün sonra – avqustun 17-də Zaur Mirzəyev həbs olunub.

Cinayət işinin materiallarında iddia olunur ki, Mirzəyev iş otağındakı kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb. 2013-cü ildən 2019-cu ilin sonuna qədər xidməti tabeliyində olan qadınlarla münasibətlərini lentə alıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG