Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:28

«Foreign Policy» İran-Türkiyə qızıl sövdələşməsi barədə yazır


qızıl
qızıl
-
Türkiyə korrupsiya qalmaqalının mərkəzində Obama administrasiyasının həvəsli olmadığı “qızıla görə qaz” planı dayanır. Bunu Foreign Policy dərgisi yazır.

Məqalədə deyilir ki, Türkiyənin islamçı hökumətini ən böyük korrupsiya qalmaqalı silkələyib. 20-dən çox şəxs, biznes maqnatı, hökumət nazirlərinin oğullarına maliyyə cinayətləri irəli sürülüb. Dekabrın 25-də üç nazir istefa verib, biri baş nazir Recep Tayyip Erdoganı da istefaya çağırıb. Erdogan isə 10 nazirin yerini dəyişməklə kabineti təzələyib.

Məlumatlara görə, polis dövlətə məxsus Halkbank-ın icraçı direktoru Suleyman Aslanın evində ayaqqabı qutularına doldurulmuş 4.5 milyon dollar aşkarlayıb. Qızıl ticarətiylə məşğul iranlı biznesmen Reza Zarrab isə təkcə ötən il 10 milyard dollarlıq sazişlər bağlayıb.

“QIZIL ƏVƏZİNƏ QAZ”

FP yazır ki, qızıl ticarəti uzun müddət Halkbank ilə İran arasında ziddiyyətli əlaqələrin mərkəzində durub. Bu ilin mayında aparılmış tədqiqat üzə çıxarıb ki, türklər 2012-ci ilin martından 2013-cü ilin iyulunadək Tehrana birbaşa yaxud BƏƏ üzərindən 13 milyardlıq qızıl ixrac edib. Əvəzində İrandan təbii qaz və neft alıb. Ancaq ABŞ-ın İranın nüvə ambisiyalarını önləmək üçün sanksiyaları üzündən İran dollar, yaxud avro bilmədiyindən, türklərin Tehranın qızılı türk lirəsi ilə almasına icazə veriblər.

Bu “qızıl əvəzinə qaz” planı iranlıların xarici valyuta ehtiyatlarını doldurmasına imkan yaradıb. FP yazır:

“Ankaranın bunu davam etdirməsi təəccüblüdür: Vaşinqtonu İranın nüvə proqramına qarşı olduğuna əmin edən türklər- NATO müttəfiqləri utanmaz şəkildə bu nəhəng qızıl sövdələşmələrini həyata keçirib. Bu, hətta Obama administrasiyasının İrana sanksiyaları sərtləşdirməsindən sonra da davam edib”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG