Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:27

Z.Əlizadə: “Hakimiyyət İlqar Məmmədovu özünə təhlükə sayır”


Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

►Politoloq Azərbaycanda siyasi məhbus məsələsinin köklü həllinə inanmır

İki aydan çoxdur ki, yerli və beynəlxalq hüquq müdafiəçilərinin “siyasi məhbus” kimi tanıdığı ictimai fəallar azadlığa buraxılır. Azərbaycan hakimiyyətinin “siyasi məhbus” məsələsinə baxışı dəyişibmi və bunu insan haqları məsələsində yumşalma adlandırmaq olarmı?

Politoloq Zərdüşt Əlizadə AzadlıqRadiosunun suallarını cavablandırır:

– Bu günlərdə hüquq müdafiəçiləri Anar Məmmədli, İntiqam Əliyev, Leyla və Arif Yunuslar, jurnalist Rauf Mirqədirov, NİDA-çılar azadlığa buraxılmışdı. Mayın 25-də isə araşdırmaçı jurnalist Xədicə İsmayıl azadlığa çıxdı. REAL-ın sədri İlqar Məmmədov və həbsdə olan digər ictimai fəalların da azadlığa buraxılacağını gözləyirsizmi?

Zərdüşt Əlizadə: "Hakimiyyətin mətbəxini anlamıram"
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00
Direct-ə keçid

– Əvvəla, ümid edirəm və istəyirəm ki, buraxsınlar. Digər tərəfdən, mən hakimiyyətin məntiqini və mətbəxini anlamıram. Anlamıram ki, niyə Azərbaycana bu qədər zərbə dəyməsinə dözürlər, ancaq İlqar Məmmədov kimi təmiz insanı həbsdə saxlayırlar? Bu mənada ümidim yoxdu, deyə bilmərəm ki, sabah onu buraxacaqlar. İstənilən səviyyədə bütün qurumlar, o cümlədən, Avropa Məhkəməsi də, Avropa Şurasının Nazirlər Şurası da onun azadlığa buraxılmasını tələb edir. Ancaq hakimiyyət dirənir və onun söz qanmazlığı mənə AKP MK-nın (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi –red.) son illərdəki vəziyyətini xatırladır.

– Belə bir fikir var ki, Xədicə İsmayılı, elə ukraynalı pilot Nadejda Savcenkonun azadlığı üçün ABŞ təzyiq göstərdi, amma İlqar Məmmədovla bağlı sərt tələblər dişsiz Avropa qurumlarından gəlir. Bu fikirlərin həqiqət payı varmı?

– Elə şey yoxdur. Afrikadan başqa bütün dünya İlqar Məmmədovun azadlığa buraxılması tələbini irəli sürüb. Onun adı ABŞ qurumlarında da tez-tez səslənir. Sadəcə, Azərbaycan hakimiyyəti bu məsələdə dirənib, onu özünə təhlükə sayır.

“Mexanizm budur: şərləyirlər, tuturlar, buraxırlar”

– Zərdüşt bəy, adı “siyasi məhbus” kimi hallanan bir çox şəxs azadlığa çıxdı, ancaq keçmiş prezident Heydər Əliyevin Bakıdakı heykəllərindən birinə şüar yazan gənclər narkotika ittihamı ilə üzləşdilər. Bu mənzərəni necə şərh etmək olar?

Zərdüşt Əlizadə: "Cəmiyyətin gözünü qorxutmaq istəyirlər"
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00
Direct-ə keçid

– Bu cəza mexanizminin məqsədi aydındır: cəmiyyəti qorxuzmaq, gözünün odunu almaq. Belə işləyirlər: şərləyirlər, tuturlar, şəbədə məhkəmə keçirirlər, cəza verirlər, bir müddət saxlayırlar, sındırdılar, ya sındırmadılar, fərqi yoxdur, xalqa görk kimi göstərib sonra buraxırlar. Bu, onların mexanizmidir. Heykələ “Qul bayramınız mübarək!” yazmış gənclərin azadlığı da hakimiyyətin psixologiyasına görə, şəbədə məhkəmədə cəza alandan, bir müddət həbsdə qalandan sonra baş verə bilər.

– Bəs İntiqam Əliyev, Leyla Yunus, Xədicə İsmayılın azadlığa buraxılmasını hakimiyyətin bu məsələdə yumşalması kimi qiymətləndirmək olarmı?

– Güzəşt məsələsi deyil. Bütün dünyaya göstərmək istəyirlər ki, “ölkənin ağası mənəm. İstəyərəm, haqsız tutub haqlı buraxaram, istəyərəm, haqlı tutub haqsız buraxaram”. Göstərmək istəyirlər ki, “biz heç kəslə hesablaşmaq istəmirik”. Bütün haqsız həbs edilənlərin azadlığa buraxılmasını istəyirik, ancaq nə edək ki, belə hakimiyyətimiz var. Xalqın qorxaqlığı, etinasızlığı, kasıblığı, vətəndaş cəmiyyətinin, müxalifətin zəifliyi hakimiyyətin azğınlığına gətirib çıxarıb. Bunu etiraf etməliyik.

____________________________________________________________

Bunlara da bax:
Oğuzda ayı uşaq bağçasına hücum çəkib
“Qarabağ"lılara qarşı bibər qazı?

____________________________________________________________

“Siyasət siyasət, biznes biznesdir”

– Zərdüşt bəy, belə fikirlər var ki, hakimiyyət Qərbdə maliyyə yardımı axtarır və bununmüqabilində ölkədə demokratik islahatlara getmək şərti ilə üzləşib və məcburən bu şərti yerinə yetirəcək.

Zərdüşt Əlizadə: "İnsan haqları o siyasətdə 3-cü, 4-cü dərəcəli amildir"
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00
Direct-ə keçid

– Belə yanaşmanı bəsit sayıram, malı mala qatırlar. Qərbi həddindən artıq ideallaşdırıırlar. Guya ki, Qərb o zaman pul verəcək ki, ölkədə qanunun aliliyi təmin olunsun, insan haqları pozulmasın, siyasi məhbuslar azadlığa buraxılsın. Elə deyil, özünüzü aldatmayın, siyasət siyasətdir, biznes biznesdir. İnsan haqları da siyasətdə üçüncü, beşinci dərəcəli amildir. Sağ olsun Qərb institutları ki, Azərbaycanda insan haqlarını müdafiə edir. Ancaq düşünmürəm ki, mühüm, iri maliyyə imkanlarının açılmasını onlar insan haqlarına bağlasınlar, belə şey yoxdur.

– Sözlərinizdən belə çıxır ki, Azərbaycanda siyasi məhbus probleminin köklü həlli görünmür?

– Nə qədər ki, bu hakimiyyət var, Azərbaycanda Konstitusiya ayaqlar altında qalacaq.

– Zərdüşt bəy, Xədicə İsmayılın azadlığa buraxılması beynəlxalq təşkilatların təzyiqi nəticəsində gerçəkləşdi, yoxsa, başqa maraqlar vardı?

– O qədər yazdılar, o qədər dedilər, ABŞ Konqresi dedi, Avropa Birliyi dedi. Yəqin gördülər ki, artıq buraxmaq zamanı yetişib, buraxdılar. İstədiklərini də elədilər, şəbədə məhkəmə qurdular, cəza verdilər, içəridə il yarım saxladılar.

“Xədicə İsmayıl qazandı...”

– Fikrinizcə, Xədicə İsmayılın həbsi ilə nəyə nail oldular?

– Bununla bağlı bir yazı yazmışdım, Şıxəli Qurbanovun xatirələrindən idi. Rəhmətlik danışırdı ki, 50-ci illərdə tələbələri sifətdən yadda saxlamayan bir dekan tənəffüsdə siqaret çəkən bir tələbəni acılayır, o da auditoriyaya girəndə dönüb deyib: “Qara yerə soxum səni”. Dekan bunu eşidib, amma tələbənin sifəti yadında qalmadığından bir-bir auditoriyalara girib soruşub ki, “mənə “Qara yerə soxum səni” sözlərini kim deyib”. İndi Xədicə İsmayılın həbsinə səbəb olan yazılardan bütün dünya xəbər tutdu.

– Bəs Xədicə İsmayılın həbsindən kim qazandı, kim itirdi?

– Bu məsələdə müxtəlif baxışlar ola bilər. Fikrimcə, Xədicə qazandı, maliyyə baxımından dünyada başına yağdırılmayan mükafat qalmadı. Əlbəttə, azadlıqdan məhrum olunmaq asan məsələ deyil, ancaq Xədicə xanımın dünyada nüfuzu, hörməti artdı, məşhurlaşdı, “mətin mübariz” adını qazandı. Hakimiyyət isə söyüş və qarğışdan bir şey qazanmadı.

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunda (26 may)

Zərdüşt Əlizadə: "Xədicə İsmayıl qazandı, hökumət uduzdu"
Günün əsas xəbərləri Azadlıq Radiosunda (26 may)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (26 may)

Xədicə İsmayıl: Hökümət borclarımızı qaytarır
Xədicə İsmayıl: Hökümət borclarımızı qaytarır
Gözlə

No media source currently available

0:00 0:16:00 0:00
XS
SM
MD
LG