Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 16:03

Zaqatalada yeraltı təkanlar davam edib-yenilənib


Hazırda Zaqatala rayonunda olan basta.info saytının baş redaktoru Mustafa Hacıbəyli AzadliqRadiosuna bildirib ki, Makov kəndində yalnız bir neçə ev xəsarət alıb. Amma onun da deməsinə görə, başqa kəndlərdə də yeraltı təkanlardan bəzi evlərdə çatlar yaranıb.

“Mənim hazırda olduğum Tala kəndində 3-4 evdə çatda yaranıb”, deyə o vurğulayıb

***

Bu gün, avqustun 11-də də Zaqatala rayonunda yeraltı təkanlar davam edib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, avqustun 11-də saat 07:29-da Zaqatala stansiyasindan 16 km cənub-qərbdə zəlzələ qeydə alınıb: “Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.”

Hələlik, dağıntı və tələfat haqqında məlumat verilmir.

Dünən avqustun 10-da da Zaqatala rayonu ərazisində bir neçə yeraltı təkan baş vermişdi.Onlardan biri 6 bal gücündə hiss edilmişdi.

Yerli sakinlərin bildirməsinə görə, avqustun 10-da baş verən yeraltı təkanlardan sonra rayonun Makov və bəzi kəndlərində bir sıra evlərdə dağıntı və çatlar baş verib.

Xatırlatma

2014-cü il iyunun 29-da Zaqatala rayonunda 6 bal gücündə zəlzələ baş vermişdi.Onda da tələfat olmasa da bir çox tiklilərdə çatlar yaranmış, bəziləri isə dağılmışdı.Ondan iki il əvvəl, 2012-ci ildə isə rayonda 7 bal gücündə zəlzələ olmuşdu.Onda da Zaqatala və bəzi qonşu rayonlarda bir çox binalar dağıntıya məruz qalmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG