Keçid linkləri

Təcili xəbərlər
2023, 23 Sentyabr, şənbə, Bakı vaxtı 01:30

Zaqatalada bir ailənin 7 üzvü zəhərlənib


Arxiv foto, İmişli rayon mərkəzi xəstəxanası

Zaqatala rayonunda zəhərlənmə hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə oktyabrın 20-dən 21-nə keçən gecə Zaqatala şəhəri, 28 May küçəsi, ev 75 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1994-cü il təvəllüdlü Qurban Səmədov, 2001-ci il təvəllüdlü Böyükxan Ağaxanzadə, 1990-cı il təvəllüdlü Sara İbrahimova, 2016-cı il təvəllüdlü Zara Səmədova, 2003-cü il təvəllüdlü Banuçiçək Qasımzadə zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.Onların arasında 2006-cı il təvəllüdlü Aysu Qasımzadə və 2017-ci il təvəllüdlü Ayxan Qasımzadə olub.

Xəstəxanadan verilən məlumata görə, onların hamısı bir ailənin üzvləridirlər. Müayinə zamanı məlum olub ki, axşam yeməyindən sonra ikisi azyaşlı olmaqla 7 nəfərin vəziyyəti pisləşməyə başlayıb və onlarda zəhərlənmə əlamətləri müşahidə olunub. Onların hamısından ayrı-ayrılıqda nümunələr götürülərək laboratoriyaya göndərilib. Ailə üzvlərinin hamısının müalicəsi xəstəxananın Yolxucu xəstəliklər şöbəsində aparılır, vəziyyətləri hazırda orta-ağır və orta-stabil qiymətləndirilir.

XS
SM
MD
LG