Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:49

Zamirə Hacıyeva həbs edilib, ekstradisiya oluna bilər


Zamirə Hacıyeva və onun əri Cahangir Hacıyev
Zamirə Hacıyeva və onun əri Cahangir Hacıyev

BBC xəbər verir ki, Harrods mağazasında 16 milyon funt sterlinq xərcləmiş və Birləşmiş Krallığın İzahedilməz Sərvət Qanunun ilk hədəfi olmuş qadın həbs edilib və ekstradisiya olunacağı gözlənilir.

Xəbərdə deyilir ki, 55 yaşlı Zamirə Hacıyeva, hazırda həbsxanada 15 illik azadlıqdan məhrumetmə cəzasını çəkən keçmiş dövlət bankirinin arvadıdır.

Londonda sözü gedən mağazanın yaxınlığında 15 milyon funt sterlinqlik evdə yaşayan xanım Hacıyevaya ötən ay Milli Cinayət Agentliyi tərəfindən İzahedilməz Sərvət Orderi təqdim olunmuşdu.

Vəkilləri Hacıyevanın “fırıldaqçı” olmadıəğını deyirlər.

İzahedilməz Sərvət Orderinin təqdim olunması o demək idi ki, Zamirə Hacıyeva öz sərbvətinin mənşəyini təsdiq edən sənədləri təqdim etməlidir.

Londondakı Uestminister Məhkəməsində aydın olub ki, xanım Hacıyeva ötən həftə Azərbaycan hökumətinin ekstradisiya ricası əsasında həbs edilib.

Bu da qeyd olunur ki, o ötən cümə axşamı günü könüllü olaraq polis idarəsinə gəlib və ona qarşı mənimsəmə üzrə iki ittiham irəli sürülüb.

İlkin dinləmə zamanı prokurorlar onun qaçmaq riski olması ilə bağlı zaminə buraxılmamasını istəyirblər.

Hacıyevanın vəkilləri isə israr ediblər ki, “bədxərc” olmasına baxmayaraq onların müştərisi “fırıldaqçı” deyil və ölkəni tərk etməyi düşünmür.

Vəkil Hugo Keith əlavə edib ki, Hacıyeva Azərbaycanda zorakı oğurlanmaya məruz qaldıqdan sonra Azərbaycanı tərk edib və on ilə yaxındır uşaqları ilə birlikdə Britaniyada yaşayır.

Baş sahə hakimi Emma Arbuthnot Hacıyevanın zaminə buraxılması vəsatətini qəbul edib, amma deyib ki, o, buna görə 500 min funt sterlinq zamin pulu ödəməli, şəhərin mərkəzi hissəsini tərk etməməli və gündəlik qaydada polisə məruzə etməlidir.

Lakin bu qərardan prokurorlar dərhal şikayət veriblər və Hacıyeva həbsdə qalıb.

Apellyasiya şikayəti üzrə dinləmənin noyabrın 8-də, Yüksək Məhkəmədə keçiriləcəyi gözlənilir.

Bu da xəbər verilir ki, Milli Cinayət Agentliyi Hacıyeva barəsində cinayət təhqiqatını davam etdirir.

Ötən həftə agentlik onun ailəsinə məxsus 400 min funt sterlinq dəyərində zinət əşyalarını müsadirə edib. Ailə bu əşyaları Christie's-də hərraca qoymaq istəyirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG