Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 17:23

Baş prokuror: 'Onlar cangüdənləri necə saxlayır?'


Zakir Qaralov
Zakir Qaralov

«Özünü müxalifət adlandıran, heç bir hüquqi qeydiyyatdan keçməyən həm QHT-lər, həm də siyasi partiyalar aldığı qrantlar barədə məlumat vermirlər. Biz də məcbur olduq ki, bir sıra tədbirlər görək. Bu sahədə Azərbaycanda qanunvericiliyi təkmilləşib. Onlar hər hansı qeyri-qanuni yolla Azərbaycanda həmin pulları ala bilmirlər. Ona görə də, digər ölkələrdə hesablar açmaqla bunu həyata keçirirlər. Bu da qanunsuzdur».

«Report»un xəbərinə görə, bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib. O bildirib ki, bu halların qarşısı tam ciddiliklə alınıb:

«Gələcəkdə də bu halların qarşısı alınacaq. Həmin yoldaşlara sual olunur - onlar 10 illərlə hər hansı bir qurumda işləməyərək cangüdənləri necə saxlayır? Müxtəlif avtomobilləri hansı pulla alırlar? Xarici səfərləri nəyin hesabına edirlər? Həmin qüvvələr maliyyə hesabatları vermirlər. Nümunə kimi deyə bilərəm ki, hakim Yeni Azərbaycan Partiyası həm Maliyyə Nazirliyinə, həm də Ədliyyə Nazirliyinə hesabat verir. Bəziləri qanundan danışırlar, amma özləri bu cür qanunsuz qrant korrupsiyasına qoşulublar. Hesab edirəm, artıq vaxt çatıb ki, bu qurumların tam geniş şəkildə maliyyə mənbələrinin ciddiliklə yoxlanılmasını təmin edək».

Gürcüstan parlamentində aksiya
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

XATIRLATMA

Mayın 25-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı Gürcüstandan Azərbaycana gələrkən saxlanıb. Onun əşyaları arasında bəyan edilməmiş 12 min avro pul tapıldığı iddia edilir. Qaçaqmalçılıqda ittiham edilən xanım siyasətçi ilkin istintaq dövründə 3 ay həbs edilib. G.Bayramlı isə məhkəməsində deyib ki, həmin pulu əşyaları arasına hüquq-mühafizə orqanları özləri atıb, həbsi sırf siyasi sifarişdir.

Bundan sonra isə Gürcüstanda oturum izini alan jurnalist Əfqan Muxtarlı oxşar ittihamlarla həbs edilib. Ə.Muxtarlı deyir ki, onu Gürcüstanda tutub zorla Azərbaycana gətiriblər. Sərhəddə isə cibinə 12 min avro qoyublar. Ə.Muxtarlı da siyasi sifarişlə həbs edildiyini bəyan edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG