Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:28

Müdafi nazirinin Çin səfəri davam edir


Azərbaycanın müdafiə naziri Zakir Həsənov, 25 noyabr 2014

Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan müdafiə naziri Zakir Həsənov aprelin 28-də bu ölkənin müdafiə sənayesi sahəsində məhsullar istehsal edən “CETC İnternational” şirkətini ziyarət edib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

“Müəssisənin rəhbərliyi ilə görüşdə Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub. Sonra müdafiə naziri şirkətin istehsal etdiyi hərbi təyinatlı döyüş vasitələrinə baxıb. Bildirilib ki, şirkət əsasən elektron komponentlərin və elektron avadanlığın istehsalı ilə məşhurdur”

Dünən , aprelin 27-də isə Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Pekində Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, bu ölkənin milli müdafiə naziri Vey Fenxe ilə görüşmüşdü.
Verilən məlumata görə, görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Görüşün sonunda Azərbaycan Müdafiə Nazirliyi və Çin Xalq Respublikası Milli Müdafiə Nazirliyi arasında hərbi yardımın göstərilməsinə dair sənəd imzalanıb.

Sənədin detalları açıqlanmayıb.
Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına bu ölkənin Dövlət Şurasının üzvü, milli müdafiə naziri Vey Fenxenin dəvəti ilə gedib.

Zakir Həsənovun Çinə səfəri aprelin 26-dan başlayıb.

Multimedia

XS
SM
MD
LG