Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:21

Azərbaycan və Polşa müdafiə nazirləri görüşüb


Zakir Həsənov
Zakir Həsənov

Polşada səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənov sentyabrın 5-də bu ölkənin milli müdafiə naziri Antoni Maçereviçlə görüşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, görüşdə iki ölkə arasında hərbi, hərbi təhsil, hərbi texniki sahələrdə əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

“Tərəflər bölgədə, dünyada sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayaraq sıx əməkdaşlığın hər iki ölkənin təhlükəsizliyinə və inkişafına töhfə verəcəyini xüsusi qeyd ediblər”, məlumatda vurğulanır.

Azərbaycan müdafiə naziri Zakir Həsənov sentyabrın 4-ü Polşaya gedib.

XS
SM
MD
LG