Londonun müsəlman meri Holokost abidəsini ziyarət etdi
Londonun ilk müsəlman meri Sadiq Khan özünün ilk rəsmi addımı kimi Holokost qurbanlarının xatirəsinə qoyulmuş abidəni ziyarət edib.
Anım tədbirinə Londonun yəhudi icmasının 1000-dən çox nümayəndəsi, eyni zamanda Holokostdan ziyan çəkən 150 nəfər qatılıb.
İştirakçılar qarşısında yəhudi məktəblərinin 5 yığma xor dərnəyi çıxış edib.
Sadiq Khan 2 gün öncə seçki yolu ilə mer vəzifəsinə gəlib. Pakistan əsillidir, leyboristdir.
Bu günki AzadlıqLive-da:
9 may Qələbə günüdür. 2-ci Dünya Müharibəsində Azərbaycandan 300 min adam ölüb. Veteranlar müharibəni necə xatırlayır?
Veteranların orden, medalını satmağa gətirənlər çoxalıb. Medalların qiyməti də ən çoxu 10-15 manatdır
Zaqatalada zəlzələdən 4 il keçir, hələ də qəzalı evdə yaşayanlar var
Panama sənədlərinə indi hamı baxa bilər
Təhqiqatçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu (International Consortium of Investigative Journalists – ICIJ) Panamadakı Mossack Fonseca firmasından sızmış 200 min sənədi əhatə edən məlumat bazası açıb.
Bu məlumat bazası offshoreleaks.icij.org. internet ünvanında yerləşir və Nevadadan Honq Konqa və Vircin adalarınadək 21 ölkədə qeydiyyatdan keçmiş 214 min ofşor şirkətini əhatə edir.