Bu günki AzadlıqLive-da:
“Bayram Məmmədov məhkəmədə dedi ki, hər ikisindən heykəl qarşısında üzr üstəməyi tələb ediblər. Deyiblər ki, “çəkiliş qarşısında heykəldən üzr istəyin, bundan sonra sizi buraxaq””.-Bunu vəkil Elçin Sadıqov deyir
Milli Məclisin üzvü Rövşən Rzayevin “ABŞ-da insan haqlarının vəziyyəti haqqında” qanun layihəsinin axırı necə oldu?
"Heykəldən kamera qarşısında üzr istəyin"
“Bayram Məmmədov məhkəmədə dedi ki, hər ikisindən heykəl qarşısında üzr üstəməyi tələb ediblər. Deyiblər ki, “çəkiliş qarşısında heykəldən üzr istəyin, bundan sonra sizi buraxaq””.
Bunu vəkil deyir. Ətraflı axaşam saat 8-də AzadlıqLive-da Radioda
Eurovision-da Ermənistana xəbərdarlıq olundu
Avropa Yayım Şurası Ermənistana xəbərdarlıq edib. Yayım Şurasının bəynatında deyilir ki, Ermənistana qarşı sanksiyalar iyun ayında müzakirə olunacaq. Xəbərdarlığa səbəb Ermənistan nümayəndəsi İveta Mukuchianın Eurovision mahnı müsabiəqsində yarım finalda canlı yayımda Dağlıq Qarabağ bayrağını nümayiş etdirməsi olub.
“Mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır”.
Bu gün səhər yayılan xəbəri Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə təsdqiləyib. O deyib ki, prezidentlərin görüşündə Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin də iştirakı gözlənilir: “Görüşdə əsas məqsəd məsləhətləşmələr aparmaq, təmas xəttində hərbi riskləri azaltmaqdan ibarətdir. Görüşün vaxtı və formatı dəqiqləşən kimi, əlavə məlumat veriləcək”.
Tass-ın məlumatına görə, Minsk qrupu həmsədrləri də mayın 12-də yaydıqları bəyanatda prezidentlərin görüşəcəyini təsdqiləyib.