Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Rusiya ABŞ-ı Venesuelaya hərbi müdaxilə hazırlamaqda ittiham edir


Maria Zakharova
Maria Zakharova

Rusiya fevralın 22-də Birləşmiş Ştatları Venesuelaya humanitar yardım çatdırılmasından ölkənin solçu prezidenti Maduronun hökumətinə qarşı hərbni müdaxilə üçün pərdə kimi istifadə etməkdə günahlandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova müxalifət lideri Juan Guaido-nun ABŞ-ın Kolumbiya sərhədində anbarlanmış yardımını götürmək cəhdlərinə işarə edərək deyib ki, Vaşinqton fevralın 23-ə “çox təhlükəli təxribat” planlaşdırıb.

Zakharova qeyd edib ki, Guaido-nun bu yardımı sərhəd üzərindən ölkəyə gətirmək cəhdləri toqquşmaların törədilməsinə hesablanıb. Sözçü bildirib ki, ABŞ bu toqquşmalardan müdaxilə üçün bəhanə kimi istifadə edə bilər.

Xanım Zakharova bu iddialarını heç bir faktla əsaslandırmayıb.

Rusiya Venesuelada hakimiyyətini qoruyub saxlamağa çalışan Nicolas Maduroya dəstək verir.

Müxalifət lideri Guaido fevralın 21-də ABŞ-ın göndərdiyi humanıtar yardımı fevralın 23-dək Venesuelaya gətirmək vədi ilə Kolumbiya sərhədinə yollanıb.

Maduro ölkəyə göndərilən humanitar yardımların qarşısını almaq üçün Braziliya ilə sərhədi bağlayıb. Kolumbiya ilə sərhədə isə Maduroya sadiq hərbiyyə nəzarət edir.

Zakharova bunu da iddia edib ki, ABŞ özünün xüsusi qüvvələrini və hərbi texnikasını “Venesuela ərazisi yaxınlığında” cəmləşdirir. O habelə iddia edib ki, ABŞ müxalifəti silahlandırmağa cəhd göstərəcək.

Rusiyanın Rossia 24 telekanalı fevralın 22-də bildirib ki, Rusiya Venesuelaya humanitar yardımın ilk dəstini göndərib. Humanitar yardım paketinin nədən ibarət olması açıqlanmayıb.

Bu arada Venesuela xarici işlər nazirinin müavini Yvan Gil deyib ki, Rusiya prezidenti Vladimir Putin Nicolas Maduro ilə daim telefon xəttindədir.

Hakimiyyətə 2013-cü ildə Hugo Chavez-in ölümündən sonra gələn Maduro kütləvi insan haqları pozuntularına və iqtisadiyyatı acınacaqlı vəziyyətə gətirdiyinə görə beynəlxalq aləmdə kəskin tənqid edilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG