Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 22:09

Rusiya Qırğızıstan vətəndaşına qarşı işgəncə iddialarına izahat verməyə çalışır


Khusniddin Zaynabiddinov

Rusiya müstəntiqləri bildirirlər ki, onlar Maqnitoqorskda yaşayış binasında 39 nəfərin həyatına son qoymuş partlayışdan sonra saxlanmış Qırğızıstan vətəndaşına qarşı hüquq-mühafizə orqanları tərəfindən işgəncə verilməsi barədə iddiaları araşdırırlar.

Çelyabinsk vilayətinin baş prokuroru Vitaly Lopin yanvarın 29-da jurnalistlərə deyib ki, polis yanvarın əvvəllərində Khusnidin Zainabidinov-a qarşı işgəncə iddiaları ilə bağlı informasiyanı müstəntiqlərə təqdim edib.

Lupin bəyan edib ki, Zainabidinov və onun arvadı Khalimakhon, “bundan əvvəlki ərizələrini geri götürüblər və polis tərəfindən zorakılığa qaldıqlarını tamamilə təkzib edirlər”.

Lakin Lupin bunu da bildirib ki, Zainabidinov-un bədənində zorakılıq əlamətləri olub və Khalimakhon Zainabidinova işgəncə verilməsinə dair ilkin ifadələrini geri götürdükləri barədə iddiaları rədd edib.

Müstəqil Novaya Gazeta qəzetinə verdiyi şərhdə qadın vurğulayıb ki, onun ərinə polis yox, Federal Təhlükəslik Xidmətinin (FTX) əməkdaşları işgəncə veriblər.

Zainabidinova qəzetə bildirib ki, FTX zabitləri onun ərinə elektrikdən istifadə etməklə işgəncə verdikdən sonra onu polisdə təhvil veriblər.

Zainabidinova ötən həftə AzadlıqRadiosuna demişdi ki, FTX zabitləri onun 29 yaşlı ərinə altı saat ərzində işgəncə veriblər.

Rusiya hakimiyyət orqanları bildirib ki, Moskvadan 1400 kilometr aralıda yerləşən Maqnitoqorskda binanın partlamasına böyük bir ehtimalla qaz sızması səbəb olub.

Dekabrın 31-də partlayış baş vermiş bina
Dekabrın 31-də partlayış baş vermiş bina

Özünü İslam Dövləti adlandıran ekstremist qruplaşma bu partlayış üçün məsuliyyəti öz üzərinə götürəndən sonra da Rusiya İstintaq Komitəsi bildirib ki, partlayış yerində partladıcı materiallar aşkar olunmayıb.

Lakin bir neçə media qurumu binanın partlamasına terror aktının səbəb olması barədə materiallar dərc etmişdi.

Zainabidinov-a işgəncə verildiyinə dair iddialar belə şübhələri daha da artırırdı.Çünki Zainabidinov-un arvadı demişdi ki, onun əri partlayışla əlaqədar dindirilib.

Qadın deyib ki, müstəntiqlər onun ərindən partlayışın törədilməsində iştirakını etiraf etməyi tələb edirdilər. Onlar Zainabidinov-a göstərdikləri bir neçə fotodakı “saqqallı adamların” kim olduğunu soruşurdular.

Rusiyanın Daxili İşlər Nazirliyi yanvarın 25-də bəyan etmişdi ki, Zainabidinov Qırğızıstana ekstradisiya edilmək məqsədilə saxlanıb. Bəyanatda bildirilirdi ki, guya o 2010-cu ildə Qırğızıstanda baş vermiş iğtişaşlara görə şübhəli hesab olunur.

Bu bəyanatda binanın partlayışı barədə heç nə deyilmirdi.

XS
SM
MD
LG