Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 03:04

Deputat: ‘Ermənistanla birbaşa danışıqlara getmək lazımdır’


Azərbaycan prezidenti İlham Əliyev (solda) və Ermənistanın baş naziri Nikol Pashinian bu ilin sentyabrında Düşənbədə görüşüblər
Azərbaycan prezidenti İlham Əliyev (solda) və Ermənistanın baş naziri Nikol Pashinian bu ilin sentyabrında Düşənbədə görüşüblər

“Azərbaycan və Ermənistan rəhbərləri vasitəçilərsiz, yəni ATƏT-in Minsk Qrupunun iştirakı olmadan birbaşa danışıqlara getməlidir”.

“Turan” agentliyinin məlumatına görə, bu açıqlamanı deputat Zahid Oruc verib.

“Üçüncü tərəfin iştirakını "neytrallaşdırmaqla" nizamlanma üzrə danışıqların yeni formatını yaratmaq lazımdır. Danışıqların növbəti mərhələsinə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının nümayəndələri qoşula bilər”, - Z.Oruc agentliyin müxbiri ilə söhbətində bildirib.

O, həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda Düşənbədə əldə etdiyi razılaşmaların müsbət yekunlarını qeyd edib.

“Bundan sonra tərəflər operativ əlaqə yaradıb təmas xəttində gərginliyi səngidə bildilər. Bu, göstərir ki, tərəflər arasında birbaşa danışıqlar tamamilə mümkündür və realdır", - Zahid Oruc qeyd edib.

Deputatın fikrincə, belə format nizamlanmada ATƏT-in Minsk Qrupunun iştirakından daha səmərəli olacaq.

Təklifinin mənfi "rezonans" doğura biləcəyini də güman edən deputat ictimaiyyəti onun təklifinin üzərində ciddi düşünməyə dəvət edib.

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Düşənbədə qısa görüş sentyabrın 29-da keçirilib.

Görüşlə bağlı rəsmi açıqlamada qeyd olunurdu ki, tərəflərDağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınmasından ötrü atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, onun ətrafında 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və “ümumu dövlət” konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket şəklində həll edilməlidir.

İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə status məsələsinı baxılmalıdır.

Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlərin əvvəlki üç varianta söykənən “Madrid prinsiplərini” təklif etdikləri bildirilir.

XS
SM
MD
LG