Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Aprel, şənbə, Bakı vaxtı 15:00

Zahid Oruc yeni mərkəzin sədri oldu


Zahid Oruc

Prezideni İlham Əliyev fevralın 11-də deputat Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər fərmanı ilə Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında fevralın 8-də verdiyi fərmanında dəyişiklik edilib.

Yeni fərmanda da yazılıb ki, “Mərkəz ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran publik hüquqi şəxsdir.

O eyni zamanda müasir informasiya texnologiyaları, elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim etməli olan qurumdur”.

Yeni sənəddə əlavə olaraq qeyd edilib ki, Mərkəzə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.

Elə əvvəlki fərmanda da bildirilirdi ki, mərkəzin yaradılmasında əsas məqsəd ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsidir.

Publik hüquqi şəxs – dövlət, bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılır.

Ümumdövlət, ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

Xatırlatma

Zahid Oruc 2015-ci ildə deputat seçilib. O bundan öncə də 3 dəfə Milli Məclisdə təmsil edilib.

O siyasətə indiki hakimiyyətə yaxınlığı ilə seçilən Ana Vətən Partiyasından gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG