Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:23

Zahid Oruc: 'Avropa Şurasında mübarizəmizi davam etdirməliyik'


Zahid Oruc (Arxiv)
Zahid Oruc (Arxiv)

'Çünki oradan uzaqlaşıb başqa bir Qərb təsistatından-ATƏT-dən Qarabağı gözləyə bilmərik'

Deputat Zahid Oruc ictimai-siyasi olaylarla bağlı sualları cavablandırır.

- Zahid bəy, Avropa strukturlarında Azərbaycan hökuməti tənqid olunanda hakimiyyət rəsmiləri bunu erməni lobbisi ilə bağlayırlar. Ancaq əks münasibətlər sərgilənəndə, qətnamədə Ermənistanın işğalçı olduğu qeyd olunanda təbliğatçılar bunu hakimiyyətin uğurlu siyasəti kimi dyərləndirirlər. Bu ziddiyyəti necə izah edərdiniz?

- Azərbaycana Avropa Şurasında siyasi yanaşma hər zaman elə olub ki, biz başqa dövlətlərdən bir addım geridə fəaliyyətə qoşulmuşuq. Postsovet dövlətləri sırasında Qərb ailəsinə qoşulan yeganə islam ölkəsiyik və qoca qitədə oturuşmuş dəyərlərdən baxdıqda əsas siyasəti diqtə edən fraksiya və beyin mərkəzlərinin müsəlman aləminə bəlli önyarğısını üzərimizdə daim hiss edirik. Lakin apardığımız fəaliyyətə skeptik münasibətin ağırlığına baxmayaraq, yolun xeyli hissəsini qət etmişik. Bizi inteqrasidan qoparamaq istəyənlər bunu nəzərə almalıdılar. Lakin o məkanda dövlətimizlə əlaqəli baş verən konfliktlərin prinsiapl səbəblərindən biri də regioanal təhlükəsizlik naminə hakimiyyətin demokratiyanı proporsiyalrla vermək siyasətinə qarşı çıxılmasıdır. Avrodiplomatlar və Brüssel məmurları müharibə amilini, işğal reallığını nəzərə almadan rəsmi Bakıdan idarə olunan demokratiya modelindən imtinanı tələb edirlər. O üzdən Strasburqda qeyri-bərabər mübarizədə qazanılmış uğurları ilk gündən başlayaraq, yalnız Avropa Şurasına gedən siyasi komandanın fədakarlığı hesabına yazmaq lazımdır.

Sadə bir misal çəkim, baxın. Ukrayna hökumətin təmsilçilərinin, siyasi elitasının, deputatlarının olmadığı yüzlərlə məclisdə Qərbli diplomatlar, lobbi mərkəzləri onlar üçün döyüşürlər. Məgər, 45 milyonluq bir xalqın əli hər yerə çatır ki, Moskva əleyhinə bütün mübarizələri onlar stimullaşdırsın? Qarabağ qətnamələri isə ən azı bir neçə mərhələdə gedən ağır siyasi döyüşlərin və gərgin əməyin nəticəsində Strasburqun xeyir-duasını alıb. Belə diferensial yanaşmanı kimsə inkar edə bilməz. Separatizm pisdirsə, onu vahid yanaşma ilə lənətləmək lazımdır. Bununla bərabər, yaranmış soyuq müharibə vəziyyətinə görə “Avropa Şurasında bizim üzvlüyümüz dayandırılmalıdır”, deyərkən 16 illik fəaliyyətin üzərindən xətt çəkmək çox yanlışdır.

Buna da bax: Azərbaycan Avropa Şurasından qovulur ya özü çıxır?

Azərbaycan Avropa Şurasından qovulur ya özü çıxır?
Gözlə

No media source currently available

0:00 0:14:36 0:00

- Siz yəqin ki, Avropa Məhkəməsinin “erməni soyqırımı” ilə bağlı “bu fakt yox, rəydir” qərarından xəbərdarsınız. Bundansonar avropalıları ermənipərəstlikdə ittiham etmək ədalətli sayıla bilərmi?

- Doğu Perincəkin Avropa Məhkəməsində iddiası ilə əlaqədar prosesləri daim izləyirdik. Vaxtilə Parisdə, Sürixdə qanunverici orqan vasitəsilə körüklənən “erməni soyqırımı”nı tanımayanlara qarşı cəza proseduruna dirəniş nəhayət ,qeyd etdiyiniz qərarla yekunlaşıb. İndi Türkiyə və Azərbaycan üçün məlum savaşda çox mühüm bir hüquqi akta söykənmək xeyli üstünlüklər yaranacaq. Lakin məhkəmənin ədaləti Avrpanın siyasi dəhlizlərində gedən və geopolitikanın mürəkkəbinə batırılmış maraqları pərdələyə bilməz.

- Bütün hallarda ermənilərin iddia etdiyi soyqırımın inkarıhüququ niyə tanındı sualı aktuallaşır?

- Önəmli məqam odur ki, 1966-cı ilin “Mülki və siyasi hüquqlar” haqqında Paktın və Avropa İnsan Haqlarının Konvensiyasının əsas müddəalarını yüz il əvvəlki müharibələrin kontekstində dəyərləndirmək absurd idi. Gərək onda ən azı bir əsrin gedişində baş vermiş hər iki cahan savaşına hüquqi qiymət verəsən.O zaman Hitlerizmin hesabını Merkeldən soruşmaq üçün gərək bütün sovet xalqları, Avropanın faşizm işğalına məruz qalmış dövlətləri, hətta “ikinci cəbhə”ni açan Amerika-Britaniya koalisiyasının əhaləsi də Berlini təzədən məhkəməyə çəkməlidir. Onda təkcə yəhudilərə deyil, fransızlardan tutmuş polyaklara,çexlərə,o cümlədən,sovet xalqlarına da yüz milyardlarla təzminat ödəməyə böyük alman xalqının gücü çatacaqmı?Tarixə belə yanaşma ola bilməz.Ancaq təəssüf ki,Türkiyəni küncə sıxmaq üçün ən təsirli silahlardan biri onun Osmanlı keçmişidir.Elə bil, 6 əsrlik imperiyanın qisasını bu yolla alırdılar.

Milli Məclisin sonuncu iclasında Avropa Şurasından danışarkən vurğuladım ki,erməni amilini həddən artıq şişirdəndə təkcə onun gücünü etiraf etmirsən, həmçinin, gerçək tablonu da görmək imkanından məhrum olursan. Məsələn,Qərbdə narazı qüvvələrin və ölkəmizi tərk edən mühacirət eloktarıtının bir araya gətirilməsi, onlara 3 mühüm televiziya vasitəsilə təbliğat tribunasının yaradılması ermənilərin gücü daxilidə deyil. Siz bir Qarabağ kanalı açsanız, donor mənbələrdən heç bir kömək almayacaqsız.Ancaq iqtidar əleydarları Qərbin müxtəlif paytaxlarında vahid bir düşərgəyə çevrilmək yolunda böyük himayədarlıq əldə edirlər.Elə bilin müxalif fəaliyyət Bakıdan xaricə köçüb.Ancaq biz sərt qərarlar verib müxtəlif klubları tərk etsək, əleyhimizə çalışanların meydanı genişlənəcək və arxa plandan çıxacaqlar. Ona görə də küsmək və çıxıb getmək qərbli təfəkkürü ilə bir araya sığımır.

Buna da bax: Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana dekabrın 5-nə kimi vaxt verir

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana dekabrın 5-nə kimi vaxt verir
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

- Sizcə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına baxmayaraq REAL lideri İlqar Məmmədovun, hələ də həbsdə saxlanılmasında hansı dövlət marağı var?

- Məncə, məsələ şəxsi indeksləşdisə, avtomatik olaraq, dövlətin siyasi orqanlarını da öz mövqeyində israrçılığa məcbur edəcək. Halbuki,rəsmi Bakının öhdəlikləri ilə bağlı daha genişdəyərləndirmələr aparılsaydı,belə soyuq savaşa ehtiyac qalmazdı. Axı əvvəllər bağlı qapılar arxasında gedən danışıqları şəxsləşdirilmədən daha geniş müstəvi seçilirdi. Onillər ərazində gördüyümüz kompromislər dili yaxşı effekt verirdi.Kimsə indi durub yerindən “biz şərqliyik və qərblilərin hökmranlığını qəbul etmirik” söyləməklə mədəni uyumsuzluq amilini qabartmasını da qəbul etmirik.Asiya qifayəli,yaşıl örtüklü və patriarxal dediyimiz müsəlman Şərqində biz hər addımda Qərbin izlərini görürük. Məgər yüz illərdi,əsas sərvətimizi nobellər və onların varisləri ilə birgə çıxarmamışıq? XXI əsrdə də Avropa konsorsiumları Xəzərdə bizmlə yenə birgədilər. Məişət prioritetlərimiz də bahalı “Mercedes” maşınlardan ev əşyaşlarına qədər “made in Europe”-yaköklənib. Təhsil sistemimiz Boloniya modelinə tabe etdirilib və gələn il kurrikulumun ilk yetirmələrini imtahan etmək üçün qəbul sistemində dəyişilikliyə belə getməkdən çəkinmirik.Teatrlarımız “Otello”nu və “qraf Monte Kristo”nu rahatlıqla səhnələşdirir. Axundovun qarabağlı qəhrəmanı Hətəmxan ağadan fərqli olaraq, biz öz balarımıza Qərb təhsilini vermək üçün bütün maddi fədakarlıqlara gedirik və gənc nəsli Şahbazın “Paris inqilabından” uzaq tutmağa çalışmırıq. Hər halda təfəkkürü tamam dəyişən adamların ölkəyə üsyançı bolşevik lideri Lenin kimi qayıtdığını iddia edən və bundan vahimələnlər yoxdur.Əksinə, beynimizi qurmağı həvalə etdiyimiz qərbli müəllimlərlə yanaşı, yüksək fiziki sağlamlığa qovuşmaqdan ötəri də bədənimizi avropalı həkimlərə çox rahatlıqla təslim edirik.

Avropa Oyunları və “Formula-1” yarışlarında bizi dünyaya Avropanın bir parçası olduğumuzu təqdim edrkən tam haqlıydıq.

Dövlət də əsas iqtisadi partnyorlarını on illər ərzində məhz Qərb paytaxlarından seçib və “ Cənub Qaz Dəhlizi”layihəsi də onu təmin edən əsas arteriyadır.İndi siz siyasi beynimizi bu iqtisadi bədəndən ayırıb başqa qitələrə çevirməyə çalışsanız, çox böyük disbalans yaranacaq.

Ona görə də xarici siyasət kursumuzun kardinal dəyişməsini istəyənlərə prezdent 28 avropalı diplomatı qəbul edərkən dəqiq cavab verdi. İlham Əliyev 24 noyabrda Brüssel sammitinə qatılacağanı qətiyyətlə söylədi.Görüdüyünüz kimi, səfirlər belə qərarı az qala ayaqüstündə alqışlamağa hazır idilər. 2013-cü ildə böyük regional müharibə doğrumuş və Ukraynanı səngərə çevirmiş assosiativ saziş strategiyasının iflasa uğraması fonunda belə məmnunluğun səbəbi hamıya bəllidir.Axı Bressel sammitini “Qərb tərəfdaşlığı” kimi də başa düşmək olar.6 ölkəni Rusiyanın təsir zonasından çıxarıb “sanitar karton bölgəsi” yaratmaq planlarını heç gizlətmək mümkün deyil.

Lakin bizimlə siyasi konfrontasiyanın səbəbini ölkə rəhbərindən yaxşı bilən və açıq dilə gətirən olmadı.Dövlət başçısı,komandanı Qərbdən təyin etmək, Azərbaycanın xarici siyasət kursunu diqtə etmək və bizi Büsselin ön cəbhəsi kimi Moskvaya qarşı qoymaq istəyənlərin tələblərini həyata keçirmədiyindən belə təzyiqlərə məruz qaldığımızı dilə gətirdi.Ona görə də sualı belə qoymaq daha doğru olar. Biz suveren huquqlarımızı Strasburqa, Berlinə,Parisə verməyə hazırqmı?

- Axı Avropa Məhkəməsinin qərarı, Nazirlər Komitəsinin qətnamələri, ən əsası Azərbaycanın üzərinə götürdüyü öhdəliklər var...

- Doğrudur.Lakin yerinə yetirilməyən qərarların sayı 11400 dən artıqdır.İş heç də konkret insanlarda deyil.Fərdi hüquqlar milli haqlardan önə qoyulanda belə çıxışr ki,işğal reallığı bir adama qarşı cinayətdən daha yüngül hadisədir.Ona görə kənardan baxanda Yaqland dəyərlər uğruda ədalətli hakim kimi görünmür, əksinə, bütöv bir qurumu dəyənəyə çevirdikləri üzə çıxır.
Bütün hallarda,biz Avropa Şurasında prinsipial mübarizəmizi davam etdirməliyik. Çünki oradan uzaqlaşıb başqa bir Qərb təsistatından-ATƏT-dən Qarabağı gözləyə bilmərik. Ona görə də İlqar Məmmədov hadisəsinin siyasiləşməsi nə fərd olaraq onun,nə də xalqın xeyrinə deyil.

Buna da bax: Avropa Şurasının qətnamələri: Bakı nələrə israr edir?

Avropa Şurasının qətnamələri: Bakı nələrə israr edir?
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG