Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:11

Zərdab rayonunda örüş yerinə görə etiraz var


Zərdab rayonundan Azadlıq Radiosuna verilən məlumata görə, Çallı kənd sakinləri fevralın 20-i, günün ikinci yarısı rayon mərkəzinə doğru yürüş ediblər.

Sakinlərin bildirməsinə görə, onlar saxlanan 3 nəfərin azad olunmasını tələb ediblər.

Verilən məlumata görə, bundan sonra həmin 3 nəfər azad olunub, rayon icra hakimiyyətinin başçısı isə etirazçılarla görüşmək üçün Çallı kəndinə gəlib.

Sakinlərin habelə, vurğulamasına görə, icra başçısı vətəndaşları dinləyib və bildirib ki, məsələ ciddi şəkildə araşdırılacaq

Amma bu deyilənlərə, hələlik, nə Zərdab rayon İcra Hakimiyyətindən, nə də polisdən münasibət almaq mümkün olub.

***

Bundan əvvəl verilən xəbərdə fevralın 20-də Zərdab rayonun Çallı kəndinin bəzi sakinlərinin etiraz aksiyası keçirdikləri bildirilirdi.

Yerli sakinlər deyiblər ki, örüş sahələri bəzi kənd sakinlərinə və həmçinin keçmiş icra başçısına verilib:

"Uzun illərdir ki, qanunsuz verilmiş bu sahələri geri qaytarmırlar. Camaat da dözməyib örüş torpaqlarına öz heyvanlarını salıb, yanında dayanırlar. Bu gün, fevralın 20-də isə ora polis gəlib, üç nəfəri saxlayıblar..." - sakinlərdən biri vurğulayıb.

Kənd sakini həmçinin qeyd edib ki, polisin saxladığı şəxslərin azad edilməsi üçün bir xeyli adam rayon mərkəzinə getmək niyyətindədir:

"Tələb odur ki, saxlanılan şəxslər azad olunsun, torpaqlar geri qaytarılsın, bələdiyyə seçkiləri yenidən keçirilsin və dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərin nəticələri ləğv edilsin".

“Turan” agentliyinin xəbərinə görə, bu deyilənlərə münasibət öyrənmək məqsədi ilə Çallı kənd bələdiyyəsinin sədri Əyub Əzizovla əlaqə saxlayıbıar. Amma xəbərə görə, O, "aidiyyatı qurumlara müraciət etməyi" məsləhət görüb.

Zərdab Rayon İcra Hakimiyyətindən də deyilənlərə münasibət almaq mümkün olmayıb.

Amma Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə “Turan” agentliyinə Zərdab rayon Çallı kəndinin bir neçə sakinin saxlanması ilə balı deyilənləri təkzib edib.

Məsələyə, hələlik, Zərdab Rayon İcra Hakimiyyətinin keçmiş rəhbərliyinin də münasibətini almaq cəhdləri nəticə verməyib.

XS
SM
MD
LG