Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Gürcüstan-Rusiya sərhədində Ermənistan maşınlarının növbəsi yaranıb


AzadlıqRadiosu Erməni xidmətinin Azatutyun saytı yazır ki, Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Ashot Akopyan baş nazir Nikol Pashinian-ın tapşırığı ilə Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” yoxlama-buraxılış postuna yollanıb.

Burada sərhədin hər iki tərəfində Ermənistan avtomobillərindən ibarət kilometrlərlə uzanan növbə yaranıb.

Avqustun 5-də nəqliyyat nazirinin müavini Armen Pambukhchyan Facebook səhifəsində yazmışdı: “Larsda, həm Gürcüstan, həm də Rusiya tərəfində yenə də problem yaranıb. Rusiya tərəfində Ermənistan avtomobillərindən ibarət 9-10 kiolometrlik növbə yaranıb. Bunun 5 kilometri yük maşınlarıdır. Gürcüstan tərəfində 200 yük maşını var. Hazırda biz problemin tez bir zamanda həll olunması üçün iş aparırıq. Rusiya tərəfi maşınların buraxılışını yeddi xətt üzrə həyata keçirir”.

Nazir müavini sürücüləri Ermənistana bu yolla daxil olmamağa çağırır.

Avqustun 6-da Pambukhchyan yazıb ki, “Yuxarı Lars” məntəqəsində vəziyyət yaxşıya doğru dəyişib, amma hər halda növbə qalır.

“Yuxarı Lars” buraxılış məntəqəsi Rusiya ilə Ermənistanı birləşdirən yeganə magistralın üstündə yerləşir.

Xəbər verilir ki, beynəlxalq daşımalarla məğul Spayka şirkətinin azı 100 maşını tıxacda qalıb.

Əsasən tez xarab olan malları daşıyan şirkətin rəsmilərindən Karen Baghdasaryan AzadlıqRadiosuna deyib ki, vəziyyət kifayət qədər ciddidir.

«Elə maşınlar var ki, artıq 4-5 gündür tıxacdadır. Mən konktret səbəb görmürəm. Sadəcə olaraq maşınlar ləng buraxılır”.

Onun sözlərinə görə daşınan ərzaq mallarının xarab olmaq təhlükəsi realdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG