Keçid linkləri

Təcili xəbərlər
2019, 27 İyun, Cümə axşamı, Bakı vaxtı 05:53

Belqradda millətçilər NATO və Avropa Birliyinin bayraqlarını yandırıblar


Belqradda NATO əleyhinə aksiya

Belqradda onlarla qatı millətçi, martin 24-ü-NATO-təyyarələrinin keçmiş Yuqoslaviyanı bombalamasının növbəti ildönümündə etiraz aksiyasına çıxıblar.

78 günlük həmin hərbi kampaniya, Kosovo albanlarının Serb qüvvələri tərəfindən təqib olunmasına son qoydu.

AzadlıqRadiosunun məlumatına görə, aksiyanı müxalifətdə olan “Serbiyanın Radikal Partiyası” təşkil edib.

Aksiyaçılar həmçinin Haaqa məhkəməsinin 4 gün bundan əvvəl Bosniya serblərinin lideri Radovan Karadzic-ə qarşı çıxardığı yekun hökmü pisləyiblər.

Məhkəmə ona qarşı çıxarılmış həbs qərarını qüvvədə saxlayıb.

Partiya lideri Voislav Seselj aksiya zamanı NATO və Avropa Birliyinin bayrağını yandırıb.

Qatı millətçilər həmçinin prezident Aleksandar Vucicin ofisi qarşısına gedərək binanın qarşısına Seselj-in iki kitabını qoyublar.

Həmin kitablarda iddia edilir ki, 1995-ci ildə Serebrenitsada 8 mindən çox müsəlman kişi və oğlanın qətlə yetirilməsi soyqırım deyil.

Həmçinin Serbiya hökumətinin yüksək səlahiyyətli məmurları ayrıca, 1999-cu ildə NATO-nun hava zərbələri zamanı ölənlərin xatirəsini yad ediblər.

Kosovo hökuməti isə Priştinada martin 24-nü Kosovonun milli azadlığının başlanğıcı kimi qeyd ediblər.

Qeyd edək ki, Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan etdi.

Bir çox dünya ölkələri Kosovonun müstəqilliyini tanısa da Belqrad və Moskva hələ də bunu qəbul etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG