Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 19:53

Makedoniya adı ilə bağlı mübahisə davam edir


Yunanıstanda etiraz aksiyası

İyunun 6-da Yunanıstan boyunca minlərlə insan qonşu Makedoniyanın adı ilə bağlı onilliklərdir davam edən mübahisənin çözümünə yönəlmiş addımlara qarşı etiraz aksiyaları keçirilib.

Qədim Makedoniyanın paytaxtı olan Pellada etirazlara 2 min insan qoşulub. Aksiyanı təşkilatçılarıbundan iki dəfə çox iştirakçı gözlədiklərini deyiblər.

Bundan daha kiçik aksiyalar mərkəzi Yunanıstanda, Krit, Rodos, Korfu və Kos adalarında keçirilib.

Yunanıstan və Makedoniya arasında ad mübahisəsi Makedoniya Yuqoslaviyadan ayrılandan, 1991-ci ildən başlanıb.

Afina qonşu ölkənin Makedoniya adı ilə tanınmasına qarşı etiraz edir. Yunanıstan hesab edir ki, Makedoniya onun əyalətlərindən birinin adıdır.

BMT bu mübahisə ilə əlaqədar “Keçmiş Yuqoslav Respublikası Makedoniya” adını qəbul edib.

Yunanıstan ad mübahisəsi ilə bağlı Makedoniyanın NATO və Avropa İttifaqına qoşulmasını bloklayır.

Məhz buna görə də həm NATO, həm də Avropa İttifaqı hər iki ölkəni aralarındakı ad mübahisəsini tezliklə həll etməyə çağırır.

Hazırda iki ölkə arasında davam edən danışıqlar həll nöqtəsinə çox yaxındır. Bəzi məlumatlara görə kompromis variantında “Makedoniya” sözünün olması gözlənilir.

Aylarla davam edən danışıqlardan sonra ilkin variantlar kimi “Yeni Makedoniya”, “Şimali Makedoniya” və “Yuxarı Makedoniya” adları müzakitə mövzusu olub.

Mübahisəli Makedoniya adı ilə bağlı həm Makedoniya, həm də Yunanıstanda çoxsaylı etiraz aksiyaları keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG