Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:09

Afinada polislə etirazçılar toqquşub, xəsarət alanlar var


Afinada polislə aksiyaçılar toquşub. 20 yanvar. 2019. REUTERS/Alkis Konstantinidis
Afinada polislə aksiyaçılar toquşub. 20 yanvar. 2019. REUTERS/Alkis Konstantinidis

Yanvarın 20-də Afinada polislə etirazçılar arasında toqquşma olub.

Azadlıqradiosunun Reuters və digər qərb agentliklərinə istinadla verdiyi məlumata görə, Parlament binasının qarşısına yığışan 10 minlərlə aksiyaçı Makedoniya ilə əldə edilmiş razılaşmaya etiraz ediblər.

Parlament binasına soxulmaq istəyən aksiyaçılar polisi daşa basıb,yandırıcı butulkalar atıblar.

Polis isə buna cavab olaraq dəyənək və gözyaşardıcı qazdan istifadə edib.

Toqquşma zamanı azı 9 polis xəsarət alıb.

Yunanıstan və Makedoniya hökumətləri ötən ilin iyununda Makedoniyanın adının dəyişdirilib “Şimali Makedoniya Respublikası” olması barədə razılaşma imzalayıblar.

Makedoniya ilə Yunanıstan tarixi sənəd imzaladılar
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Yunanıstan bunun əvəzində Makedoniyanın NATO və Avropa Birliyinə qəbul edilməsini əngəlləməkdən əl çəkib.

Yunanıstan parlamenti yanvarın 21-də bu razılqaşmanın müzakirəsinə başlamalı və həftənin sonunda səsverməyə çıxarmalıdır.

Artıq Makedoniya parlamenti ayın əvvəllərində bu razılaşmanı təsdiqləyib.

Amma istər Yunanıstanda, istərsə də Makedoniyada hesab edirlər ki, qarşı tərəfə həddən çox güzəşt edilib.

Makedoniya ilə Yunanıstan arasında ad mübahisəsi 1991-ci ildən-Makedoniya keçmiş Yuqoslaviyadan ayrılaraq müstəqilliyini elan edəndən sonra başlayıb.

Afina deyir ki, Makedoniya onun şimal əyalətinin adıdır və böyük tarixi əhəmiyyətə malikdir.

Yunanıstanın baş naziri Aleksis Tsipras yanvarın 16-da parlamentdə etimad səsverməsini udub.

Buna səbəb onun kiçik trərəfdaşı, müdafiə naziri Panos Kammenosun razılaşmaya etiraz olaraq istefa verməsi olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG