Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Keçmiş casusun qızı ‘özünə gəldikdən’ sonra ilk bəyanatını verib


Keçmiş Rusiya casusu Sergey Skripal (solda) və qızı Yulia
Keçmiş Rusiya casusu Sergey Skripal (solda) və qızı Yulia

London bələdiyyə polisi ötən ay İngiltərədə atası ilə birlikdə kimyəvi zəhərlənməyə məruz qalmış Yulia Skripalın adından bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, onun sağlamlığı “günbəgün möhkəmlənir”.

Bu arada Britaniya XİN bildirib ki, 33 yaşlı xanım Skripala Rusiya səfirliyinin konsul xidməti təklifi barədə məlumat verilib, lakin o bu təklifi qəbul etməyib.

Polisin məlumatında deyilir ki, hazırda Yulia Skripal Rusiya səfirliyinin təklifini qəbul edib-etməmək və ya nə vaxt qəbul etmək barədə özü, müstəqil olaraq qərar qəbul edə bilər.

XİN-in məlumatından az əvvəl Britaniyadakı Rusiya səfiri Aleksandr Yakovenko Yulia Skripalla konsul təması üçün müraciət etdiyini, lakin Britaniya hakimiyyət orqanlarından cavab almadığını bildirmişdi.

Britaniya hökuməti keçmiş casus Sergey Skripal və onun qızı Yuliaya kimyəvi zəhərlə hücumu Rusiyadan görür və Moskvanın beynəlxalq ekspertizada iştirakını istəmir.

Moskva Londonun ittihamlarını rədd edir və bildirir ki, əksinə bu hücumu Britaniyanın özü etmiş ola bilər.

Aprelin 5-də verdiyi bəyanatda Yulia Skripal bildirir: “Mən bir həftə əvvəl ayılmışam və bunu bildirməyimə şadam ki, səhhətim günbəgün yaxşılaşır. Mənə göstərilən marağa və xoş sözlərlə yazılmış mesajlara görə minnətdaram”.

Xanım Skripal deyib ki, dirçəlməsinə görə çox insanlara, xüsusilə də Solsberi şəhərinin sakinlərinə borcludur.

Bu bəyanatda Yulia atası Sergey Skriplaın durumu barədə heç nə demir.

Bəyanatda Yulia necə zəhərlənməyə məruz qaldıqlarından və bu barədə nə düşündüyündən də söz açmır.

Rusiyanın Britaniyadakı səfiri Aleksandr Yakovenko
Rusiyanın Britaniyadakı səfiri Aleksandr Yakovenko

Martın 4-də, zəhərlənməyə məruz qaldıqdan sonra ata və qızın sağlıq durumunun son dərəcə ağır olduğu xəbər verilmişdi.

Aprelin 5-də Rusiya dövlət televiziyası Yulia Skripal və onun Rusiyadakı qohumu arasında telefon söhbətini yayınlayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG