Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

'Yüksək bal toplayanların sayı azalıb'-media icmalı 


arxiv fo
arxiv fo

Gədəbəy rayonunda keçirilən Milli Yaylaq Festivalı, II-III ixtisas qrupları üzrə imtahanların nəticələri, infilyasiya və başqa məsələlər medianın diqqət ayırdığı mövzularındandır...

II-III ixtisas qruplarının nəticələri

“Modern.az” saytında “II-III ixtisas qrupları üzrə yüksək bal toplayanların sayı azalıb-rəqəmlər” sərlövhəli yazı oxumaq olar.

Sayt II-III ixtisas qrupları üzrə imtahanların nəticələri ilə bağlı təhsil sahəsi üzrə ekspert Kamran Əsədov-un açıqlamasına yer verib.

K.Əsədov bu il qəbul imtahanlarında II-III ixtisas qrupları üzrə yüksək bal toplayan abituriyentlərin sayının ötən illə müqayisədə az olduğunu qeyd edib:

“Ekspertin müqayisəsinə görə, II ixtisas qrupu üzrə 690-700 arası bal toplayan abituriyent cəmi 1 nəfər olub. Halbuki, 2018-ci ildə bu rəqəm 16 nəfər təşkil edirdi. 680-689 arası bal toplayan abituriyentlər isə 6 nəfər olub ki, bu da ötən illə müqayisədə 7 dəfə azdır. Ötən il həmin balı 42 nəfər toplamışdı”

Kamran Əsadovun vurğulamasına görə, 670-679 arası bal toplayan abituriyentlərin sayı bu il 15 nəfər olub. Halbuki, keçən tədris ilində isə onlar 82 nəfər təşkil edib:

“ ... 660-669 arası bal toplayan abituriyentlər 2019-cu ildə 35 nəfər, 2018-ci ildə isə 129 nəfər olub. Nəhayət, II ixtisas qrupu üzrə 650-659 arası bal toplayan abituriyentlər 69 nəfərdir, ötən il isə 182 nəfər idi”

Azərbaycan, imtahan, 2019
Azərbaycan, imtahan, 2019

K.Əsədov III ixtisas qrupu üzrə də nəticələri təqdim edir və burada da vəziyyətin yaxşı olmadığını bildirir.

“Bu il III ixtisas qrupu üzrə 690-700 arası bal toplayan abituriyentlər cəmi 2 nəfər olub. Halbuki, keçən il bu rəqəm 39 nəfər təşkil edirdi. 680-689 arası bal toplayan abituriyentlər 2019-cu ildə 9 nəfər, 2018-ci ildə isə 86 nəfər təşkil edib. 670 – 679 arası bal toplayan abituriyentlər cari tədris ilində 28 nəfər, ötən il isə 149 nəfər olub...”

K.Əsədov ümumi göstəricilərə əsasən qeyd edib ki, 400 baldan yüksək nəticə göstərənlər də əvvəlki ilə nisbətdə kəskin azalıb:

“Bu da bizə II və III qrup üzrə keçid ballarının aşağı düşəcəyini deməyə imkan yaradır”

İinflyasiya arta bilər

Manat və dollar
Manat və dollar

“Marja.az” saytı-nda “İlin sonuna qiymətlərin qalxacağı proqnozu verildi – rəsmi” sərlövhəli yazı yer alır.

Yazıda iyulun 26-da Mərkəzi Bank rəhbərliyinin keçirdiyi mətbuat konfransına qeyd edilən bəzi dəyərləndirmələr yer alır.

Yazıda vurğulanıb ki, Mərkəzi Bank bu ilin sonunda inflyasiyanın 6 faizədək ( hazırda 3 faiz civarında olduğu bildirilir-red) yüksəlcəyini proqnozlaşdırır:

“Dəqiqləşdirilmiş proqnozlara görə cari ilin sonuna qədər inflyasiyanın hədəf diapazonunda (4±2%) olacağı, lakin, daxili tələbin genişlənməsilə bağlı ilin sonuna hədəf intervalının yuxarı hissəsində formalaşacağı gözlənilir”, saytın məlumatına görə, faiz qərarı ilə bağlı Mərkəzi Bankın yaydığı press-relizdə belə bildirilir.

Yazıda qeyd edildiyinə görə, inflyasiya səviyyəsinə başlıca təsiri ərzaq qiymətlərinin artımı göstərir:

“ Tərəvəz məhsullarının, aksizli malların qiymət artımları ərzaq inflyasiyasının səviyyəsini şərtləndirən başlıca amillərdir. Qeyri-ərzaq (1.3%) və xidmətlər üzrə illik qiymət artımı (2.3%) inflyasiya hədəfi diapozonunun mərkəzindən aşağıda formalaşmışdır”

Müəllif Mərkəzi Banka istinadən vurğulayıb ki, real sektor monitorinqinin nəticələrinə əsasən iyunda qiymət gözləntiləri əvvəlki aya nəzərən ticarət və tikinti sektorlarında azalıb, qeyri-neft emal sənayesində, xidmət sahələrində isə artıb:

“Bununla belə aparılmış təhlillər inflyasiya gözləntilərinin həssas və asimmetrik olduğunu göstərir.2019-cu ilin sonuna inflyasiyanın hədəf daxilində (4±2%) qalacağı, daxili tələbin genişlənməsilə bağlı ilin sonuna onun hədəf intervalının yuxarı hissəsində formalaşacağı proqnozlaşdırılır",- Mərkəzi Bank bildirib.

Milli Yaylaq Festivalı

Gədəbəy rayonunda Milli Yayla Festivalı, 26 iyul 2019
Gədəbəy rayonunda Milli Yayla Festivalı, 26 iyul 2019

Rəsmi AZƏRTAC sytında isə “Gədəbəydə ilk dəfə Milli Yaylaq Festivalı keçirilir ”sərlövhəli yazı dərc edilib.

Yazıda bildirilir ki, Azərbaycanda yaylaq, elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-da ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalına start verilib.

Müəllif qeyd edib ki, iyulun 28-dək davam edəcək festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və bir sıra qurumların rəsmi dəstəyi ilə keçirilir:

“Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında, unikal konsepsiya əsasında təşkil olunan Milli Yaylaq Festivalına təşkilatçı və tərəfdaş qurumların rəhbər şəxsləri,... diplomatlar, 16 ölkədən nümayəndələr, o cümlədən Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, eləcə də... turistlər qatılıb”

Yazıda bildirildiyinə görə, Festivalın açılış mərasimində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev çıxış edib.

O deyib ki, Milli Yaylaq Festivalının təşkilində əsas məqsəd Azərbaycan xalqının zəngin, çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq, elat mədəniyyətinin, tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialını üzə çıxarmaqdır:

Yazıda vurğulandığına görə, festival şərti olaraq mədəni–etnoqrafik, milli yaylaq (idman) oyunları, eko–etnoturizm adlı 3 hissədən ibarətdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG