Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 06:08

Rusiya YouTube və Instagramı bloklamaqla hədələyir


Roskomnadzor Deripaska (solda) və Prixodkonu görüntüləyən videoların silinməsini tələb edir
Roskomnadzor Deripaska (solda) və Prixodkonu görüntüləyən videoların silinməsini tələb edir

Rusiya YouTube və Instagram platformalarını, ölkə rəsmilərindən birinin rusiyalı milyarderlə onun şəxsi yaxtasında olduğunu göstərən foto və videolar yığışdırılmasa, bu saytlara girişin bağlanacağı ilə hədələyib.

Sözü gedən foto və videolarda Trump-ın keçmiş kampaniya başçısı Paul Manafortla bağları olan milyarder Oleq Deripaska və Rusiya baş nazirinin müavini Sergey Prixodko görünür.

Rusiyada medianı tənzimləyən Roskomnadzor şənbə günü bildirib ki, Deripaska və Prixodkonu təsvirləyən 14 Instagram postu və 7 YouTube videosu silinməsə, bu platformalara giriş bloklanacaq.

Deripaska bu postların bloklanması üçün orderi özünün doğma şəhəri Ust-Labinskdəki məhkəmədən alıb. Məhkəmənin qərarında Deripaskanın şəxsi həyatına müdaxilə edildiyi deyilir.

Roskomnadzor sözü gedən materialların silinməsi üçün saytlara üç gün vaxt vermişdi.

Rusiyanı qəzəbləndirən videolar 21 yaşlı belarus Nastya Rıbkanın sosial media səhifəsində yerləşdirilmişdi
Rusiyanı qəzəbləndirən videolar 21 yaşlı belarus Nastya Rıbkanın sosial media səhifəsində yerləşdirilmişdi

Bu foto və videolar antikorrupsiya fəalı Aleksey Navalnının yeni təhqiqat materiallarının arasında yayılıb.

ABŞ-ın ABC saytı yazır ki, Moskvanın sözü gedən materiallara əsəbi reaksiyası Deripaskanın Manafortla iddia edilən bağlarına, dolayısı ilə Rusiyanın ABŞ seçkisinə müdaxiləsinin xatırladılmasına görə olub.

Fevralın 13-də Navalnının siyasi təşkilatının üzvü Oksana Baulina deyib ki, onlara YouTube-dan sözü gedən videoların götürülməsi ilə bağlı müraciət gəlib. Navalnı hələlik bunu etməkdən imtina edib, üstəlik Roskomnadzoru “qanunsuz qadağanına” görə məhkəməyə verib.

Navalnının hesabatındakı video və fotolar 21 yaşlı Belarus qadın Nastya Rıbkanın sosial media səhifəsindən götürülmüşdü.

Rıbkanın bəzi videolarında Deripaska və Prixodkonun yaxtada Rusiya-ABŞ münasibətləri barədə zarafat etdikləri görünür.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG